Vəzifə Təlimatları:
- İş yerində əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsi;İşçilərin əməyin mühafizəsinə dair təlimatların işlənib hazırlanması və tətbiqi;
- İşçilərə əməyin mühafizəsinə, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyinə dair növbəti və növbədən kənar təlimatların keçirilməsi;
- Baş ofisdə və filiallarda əməyin mühafizəsi və texniki təhlükəsizlik işinin vəziyyətini yoxlamaq;
- Baş ofisdə və filiallarda , ventilyasiya, işıqlandırma, yanğın təhlükəsizliyi və sanitar-məişət şəraitinin yaradılması layihələrinə nəzarət etmək və təhlükəsizlik avandanlıqlarının işlək vəziyyətdə olmasını nəzarətdə saxlamaq;
- İşçilərin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin edilməsinə nəzarət etmək;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;
- Birbaşa rəhbərinin tapşırıq və sərəncamlarını vaxtında yerinə yetirmək.
Tələblər:
- Ali təhsilli;
- Əməyin mühafizəsi üzrə yerli standartları bilməli;
- Əməyin mühafizəsi üzrə minimum 2 il iş təcrübəsi;
- Əməyin mühafizəsi üzrə müvafiq sertifikatlar;
- Ofis proqramlarında sərbəst iş bacarığı olmalıdır.