Qloballaşan dünyada rəqabətin çox əhəmmiyyətli hətta ən başlıca faktorlarından biri “insan” dır. Daima özünü inkişaf etdirən texnologiyanın, çox sürətli şəkildə həyatın bütün sahələrinə nüfuz edən yenilik və dəyişmələrin vacibliyi və bunlara bağlı olaraq ləyaqətli insan gücünə gün keçdikcə artan ehtiyac, iş qüvvəsinin dəyişən strukturu, işçilərin və işəgötürənlərin istəklərinin dəyişməsi və müxtəlifləşməsi firma və ya şirkətlər tərəfindən rəqabət ünsürü olmaqda kritik rol oynayacaq bacarıqlı işçilərin tanınması, cəlb edilməsi və əldə tutulması get-gedə çətinləşməkdədir. Son illərdə yeni bir trend olaraq ortaya çıxan “Talent Management” tədbiqləri şirkətlərdə insan resurslarının vacib funksiyalarından biri olmuşdur. İstedadların idarə olunması üçün müxtəlif metodlar istifadə edilməktədir. Bunların içərisində ən vaciblərindən birisi də günümüzün tələblərinə uyğun olaraq Sosial şəbəkələrdən intensiv istifadədir.
İnternet vasitəsiylə işə qəbul prosesində istifadə edilən əsas sosial şəbəkə vasitələri.
İşə qəbul prosesində istifadə edilən başlıca Sosial şəbəkə vasitələri aşağıdakılardır.
1.Linkedin
2000-ci illərin başlarında təməlləri atılan Linkedin platformu sadəcə iş dünyasının işçilərindən ibarətdir. 2014-cü ildən etibarən dünya miqyasında 300 milyon abunəsi mövcuddur. Linkedin hal-hazırda iş dünyası ilə bağlı ən çox istifadə edilən sosial şəbəkə olma xüsusiyyətini qorumaqdadır. Digər platformalardan ən böyük fərqi əyləncə məqsədi daşımamasıdır.
2.Facebook
Facebook müasir dövrdə insanların ən çox istifadə elədiyi sosial şəbəkələrdən biridir.
Facebook-un işə qəbul prosesindəki üstün rolunun səbəbi dərc edilən mesajların namizədlərin şəxsi səhifələri arasında sürətlə yayılmasıdır . Beləliklə, işəgötürənlər namizədlərlə asanlıqla əlaqə yarada bilirlər. Namizədlərə xidmət edən bir çox sayda iş axtarma səhifələri sayəsində aktual vakansiyalardan hər vaxt xəbərdar olmaq mümkündür.
3.Twitter
Twitter Facebook-dan sonra ən çox istifadə edilən ikinci sosial şəbəkədir. Twitter əsasən düşüncələrin və informasiyaların interaktiv mühitdə digər istifadəçilərlə paylaşmağa yarayan bir sosial şəbəkədir. Nə qədər də düsüncə və informasiyaların paylaşılmasına xidmət etsə də iş axtarma, elanları izləmə, şirkətlərin karyera səhifələrini gəzmə kimi imkanlar yaratmaqdadır. Twitter daxil olmaqla digər bütün sosial şəbəkələrdə diqqət edilməsi lazım məsələlərdən bir neçəsini qeyd etməkdə fayda var. Bunlar işə qəbul prosesinin başlamadan bitməsinə səbəb ola bilər.
-Etik olmayan paylaşımlar etməkdən uzaq durmaq
-Əvvəlki iş yeri ilə bağlı təhqiredici ifadələrdən uzaq durmaq
4.Xing
2000-ci illərdə qurulan digər platformalardan birisi də Xing-dir. Tamamiylə iş və karyera fokuslu platforma olub, fərqli sektorlardan, müxtəlif sahələrdən mütəxəssisləri bir araya gətirmək məqsədilə qurulmuşdur.
5.Instagram
İlk qurulduğu vaxtlarda sadəcə şəkil paylaşmaq məqsədi güdən instagram hal-hazırda marketing və satış sahələrində çox intensiv bir şəkildə istifadə edilməkdədir.
İnternetin istifadə edilmədiyi vaxtlarda şirkətlər, işçi seçimində qəzet elanları, yaxın ətraflara müraciət, fərdi işə müraciət kimi ənənəvi metodlardan istifadə edirdilər. Dövrümüzdə isə şirkətlər sosial şəbəkələri istifadə etməklə işə qəbul prosesini həyata keçirərək aşağıdakı bir sıra faydaları əldə etmiş olurlar.
1.Səmərəlilik artmış olur.
2.Bürokratik əməliyyatlar böyük ölçüdə azalır.
3.Müəssisənin prestiji artır.
4.Namizədlərin müraciətlərinə ən qısa müddətdə cavab verilməsi təmin edilir.
5.Çox sayda namizədlə əlaqə qurmaq fürsəti yaranır.
6.Proses üçün xərclənən məsrəflər böyük ölçüdə azalmış olur.
İşə qəbul prosesində Sosial şəbəkələrin qazandardığı faydalarla birlikdə bəzi mənfi cəhətləri də vardır.
- Twitter 140 simvoldan artıq istifadə etməyə icazə vermədiyi üçün bəzi vacib detallar daxil edilməyə bilər və dolayısıyla iş elanlarını effektiv şəkildə dərc etmək asan olmaya bilər.
- Facebook daha çox ailəvi münasibətlər üçün istifadə edildiyinə görə bir çox insan işə qəbul kimi professional fəaliyyətlərdə iştirak etməyə istəkli olmaya bilərlər. Və eyni zamanda kəşf edilən namizədlər gizlilik parametrlərinə görə hər zaman original olmaya bilər və seçim prosesini çətinləşdirə bilər.
- Linkedin platrormu işə qəbulda çox effektiv olsa da, istifadəçilərin sözlərini çox sayda insana yaymaq üçün münasibətlər qurmaq lazım gəldikdə başlanğıcda çox vaxt sərf edilməsi qaçınılmaz ola bilər. Bununla birlikdə, digər istifadəçilərə müəyyən edilmiş limitdən daha çox e-mail göndərməyi məhdudlaşdırır.
Elektron işə qəbul prosesi 3 mərhələdə müzakirə edilə bilər .
- Namizədlərin cəlb edilməsi mərhələsi
Şirkətlər elektron işə qəbul qərarını vermədən öncə insan resursu ehtiyacını əvvəlcədən müəyyənləşdirir. Bir sonrakı addımda, sözü gedən vakansiya üçün internet üzərindən elan verirlər. Elanda işin məzmununun, namizədlərdə axtarılan xüsusiyyətlərin, qısaca vakansiya ilə bağlı bütün məlumatların açıq və bir mənalı şəkildə göstərilməsi lazımdır. Bu ən münasib namizədin tapılmasında vacib rol oynayır.
-
Namizədlərin dəyərləndirilməsi və seçilməsi mərhələsi
İnternetdən istifadə işə qəbul prosesinin daha rahat bir şəkildə icra edilməsini təmin edir.
Beləliklə, çox sayda namizədlərin olduğu bir baza əldə edilmiş olur. Bununla birlikdə, işə müraciətlərin internet yolu ilə asanlaşması ilə işəgötürənlər işə münasib olmayan namizədlərin müraciətlərilə qarşılaşmağa başlayıblar. İşəgötürənlərin gözləntiləri ilə namizədlərin suallara verdikləri cavablar istiqamətində seçmə əməliyyatları aparılmaqdadır. Müəssisələr işə münasib olan namizədlərlə üz-üzə və ya internet üzərindən müsahibələr keçirirlər. Müxtəlif seçmə mərhələlərindən müvəffəqiyyətlə keçən namizədlərə müsbət feedback, münasib olmayan namizədlərə isə mənfi feedback verilir.
-
Münasib namizədlərlə əlaqə qurma mərhələsi
İşverənlər isə münasib namizədi müəyyənləşdirdikdən sonra çevik hərəkət etməkləri vacibdir. Bir çox iş elanına müraciət edən namizədə, ilk müsbət feedback verən şirkət üstünlük əldə edəcəkdir. Şirkətlər karyera saytları sayəsində namizədlərlə ilk əlaqəni qura bilirlər. Bu mərhələdə namizədlərə işə qəbul prosesi ilə bağlı məlumat verilir vəya müsahibəyə dəvət edilirlər. Dördüncü mərhələ olaraq hesab edilən namizədlərlə razılaşma mərhələsi internet vasitəsilə həyata keçirilmir. Bu mərhələdə namizədlərlə üz –üzə görüşülür. İnternet vasitəsilə həyata keçirilən müsahibələrin mahiyyəti namizədlər haqqında ilk təəssürat formalaşdırmaqdır. Müsbət təəssürat verən namizədlər üz-üzə müsahibəyə dəvət edilir. Müsahibədən sonra müsbət cavab verilən namizədə iş təklifi edilir. Namizəd iş təklifini qəbul etdiyi halda lazımi əməliyyatlar həyata keçirilərək işə başladılır. ( Ulaşdıran 2014 s 128)
Mənbə
- Ulaştıran T(2014)”Elektronik İnsan Kaynakları Yönetimi Uygulamaları Kapsamında
Elektronik İşe Alım ve Kariyer Sitelerinin Kullanımı”
- https://www.educba.com/social-media-for-recruiting/
- Vardarlıer P (2014) “İnsan Kaynakları Yönetiminde Sosyal Medyanın Rolü”