Liz Ryan, otuz ildən çox müddətdə minlərlə işə qəbul görüşməsi etmiş müvəffəqiyyətli bir idarəçidir…
Human Workplace qurucusu və CEO-su Ryan, peşədə otuz ili keçən, təcrübəsi ərzində görüşməyə gələn namizədlərə bu tərz alçaldıcı və həyasızca sualları əsla soruşmadığını, işə qəbul üçün doğru işçi tapmanın çox daha “düzgün” yolları olduğunu söyləmişdir.
- “Ötən il neçə gün icazəli olmusan ?
Ryana görə, nə qədər tez-tez xəstələndiyinizə, şəxsi əlaqələrinizə və iş xaricindəki öncəliklərinizə “çətinlik” gözüylə baxacaq bir iş, orada çalışsanız sizi qətiyyətlə bədbəxt və narahat edəcək bir iş yeridir.
- “Bundan əvvəlki müdirinə səni soruşsaq sənin haqqında nə söyləyərdi?”
Ryan bu problemin xüsusilə çox kobud olduğunu, çünki müdirlərə “tanrı”, işçilərə isə ” ölülər” kimi davranıldığını söyləmişdir. Bunu soruşan adam, köhnə müdirinizi şəxsən tanımırsa əgər, haqqınızda söyləyəcəyi şeyin doğruluğuna necə güvənə bilər ?
- “Bu iş üçün düşündüyün minimum maaş nə qədərdir?”
Ryan sadəcə, təcili olaraq qaçaraq uzaqlaşmağı tövsiyə edir. Verə biləcəyi qədər az maaş vermənin arxasında dayanan bir təşkilat, heç vaxt sizin qabiliyyətlərinizə dəyər verməyəcəkdir.
- “Burada qalıcı olacağınıza inana bilərikmi?”
Ryan qeyd edir ki: ”Ancaq iş şərtlərinin məcburedici olacağını bilən bir idarəçinin belə bir sual verə bilər.İşçini təşkilatda saxlamaq üçün bu tərz suala ehtiyac duyan şirkətin bir parçası olmaq istəyərsinizmi? Özünüzə bu sualı vermənizi ,məsləhət görürəm.”
- “Daha əvvəl işdən çıxarılmısınızmı?”
Əslində “qovuldunuzmu?”
İşdən çıxarılmaq hər zaman insanın performans və yaxud uyğunlaşma problemi yaşaması ilə əlaqəli deyil. Dünyamız kiçilməyə doğru getdiyi üçün, kütləvi halda işdən çıxarma hallarını reallaşdıran təşkilatlaın sayı çoxdur. Yenə də “Əvvəlki işinizdən hansı səbəbdən çıxdınız?” kimi daha uyğun bir sual varkən bunun yerinə qovulub və ya qovulmadığınızı soruşan bir şirkət ,Ryana görə peşəkarlıq problemi yaşayır, deməkdir.
- “CV nizdə şişirdərək yazdığınız bir şey varmı?”
Ryan həqiqətən də dəfələrlə bu sualın soruşulduğuna şahidlik etmişdir. Belə bir sual soruşan kəsin yüksək ehtimalla, özünə inam problemi yaşadığını ,söyləmişdir. Ryana görə, bu açıqca kompleksə işarə edir və sizə irəliləyən zamanda çox çətinlik çıxaracaqdır .
- “Sizi digər namizədlərdən ayıran xüsusiyyət nədir?”
Həqiqətən də tez tez qarşılaşdığımız bir sualdır.
Digər namizədlərin heç birini tanımırsınız. Bu səbəbdən buna verəcəyiniz cavabın həqiqəti əks etdirəcəyini bilmənizə də imkan yoxdur. Heç tanımadığınız insanların, heç bilmədiyiniz qabiliyyətləri haqqında şərh etmənizi istəmək, tutarlı deyil. Ona görə, bu sual sadəcə bu mənanı verir: “İş üçün yalvarmağını gözləyirik”.
- “Çətin xarakterə malik kəslərin öhdəsindən gəlmə üsullarınız nələrdir?”
Ryana görə, sağlam bir təşkilat, çətin xarakterə malik kəslərin çıxaracağı problemləri həll edər, ətraflarındakı insanlardan onlarla ayaqlaşmasını gözləməz. Buna oxşar bir sual soruşulduğunda, “mobbing” ehtimalını əsla göz ardı etməməlisiniz.
- “Elastik iş saatlarına uyğunlaşa bilərsinizmi?”
(“Həftə sonları və axşamlar da işləmək lazım olacaq” demənin təşkilati dildə söylənişi.)
Hər nə qədər Ryanın xəbərdarlıqları çox yerində də olsa, çox təəssüf ki işsiz qalmaq rahat şəkildə gözə ala biləcəyimiz bir şey deyil 😔
Dünyada işsizliyin bu cür yüksək olduğu bir dövrdə ,bir çoxumuz “seçici” tərəfdə ola bilmirik, bu bir reallıqdır. Yenə də, başqa müsahibə şanslarınız varsa əgər, yalnız qorxunun əsarəti ilə göz görə-görə məyus olacağınız bir iş təklifini qəbul etməzdən öncə, iki dəfə düşünməkdə fayda var.
İstinad: https://onedio.com/haber/yillarin-deneyimi-bir-isten-kosarak-kacmaniz-gerektigini-gosteren-9-mulakat-sorusu-767700