VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
· Bankın baş ofisi və filiallarda quraşdırılmış videonəzarət sistemi vasitəsi ilə struktur bölmələr üzrə monitorinqin aparılması və aşkar olunan hadisələr üzrə rəhbərliyə hesabatın verilməsi, müvafiq tədbirlərin görülməsi; |
· Bankın baş ofisi və filiallarında quraşdırılmış mühafizə-yanğın siqnalizasiya monitorinq sistemi vasitəsi ilə struktur bölmələrdə quraşdırılmış mühafizə-yanğın sistemlərindən daxil olan siqnalların təhlili və müvafiq tədbirlərin həyata keçirilməsi; |
· Bankın baş ofisi və filiallarında quraşdırılmış videonəzarət sistemi vasitəsi ilə inkassasiya prosesinə nəzarətin həyata keçirilməsi və aşkar olunan kənarlaşmalar barədə məlumatların təqdim edilməsi; |
· Quraşdırılmış monitorinq sistemi vasitəsi ilə ATM-lərdə quraşdırılmış təhlükəsizlik sistemlərindən daxil olan siqnalların təhlili və aşkar olunan hadisələr üzrə müvafiq tədbirlərin görülməsi; |
· Quraşdırılmış videonəzarət, mühafizə-yanğın və nəzarət-buraxılış sistemləri vasitəsi ilə inzibati binanın mühafizəsinin təşkili; |
· Giriş-çıxış postlarında müvafiq sənədləşmə və təlimatlar əsasında işçilərin, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin inzibati binaya, o cümlədən əraziyə daxil olmasına və çıxışına nəzarət işinin təşkili; |
· Bankın baş ofisində və filiallarında quraşdırılmış videonəzarət sistemi və nəzarət-buraxılış sistemləri vasitəsi ilə Bankın perimetrində və daxilində baş verən hadisələrə nəzarət; |
· Fövqəladə hallar zamanı Baş ofis və filiallarda əməkdaşların və qiymətlilərin müvafiq qaydada evakuasiyasının təşkil edlməsi və nəzarət. |
· Rəhbərliyin tapşırıqlarına əsasən fəaliyyət prosesində meydana çıxan digər funksiyaları yerinə yetirmək. |
VƏZİFƏ ÜZRƏ TƏLƏBLƏR:
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində
“Təhlükəsizlik şöbəsinin mütəxəssisi və baş mütəxəssisi ” yazmağınız xahiş olunur.