Xəyalımdakı İş

Dizayner II

Dizayn sahəsində karyera fikirləşirsiniz, amma haradan başlayacağınızı bilmirsinizsə bu yazımızı gözdən keçirin. Bu bloqumuz vasitəsi ilə sonradan dizayn sahəsində ilərləməyə qərar verən bir dizaynerin qələmindən tökülənlər ilə suallarınıza cavab tapa bilərsiniz.

“Öz-özünə öyrənən bir nəfər olaraq, mən bu oyuna çox adamdan daha gec qoşulmuşam və ‘dizayn araşdırma’ları sahəsini seçməyə qərar verməmişdən əvvəl də başqa sahələrdə də kəşfiyyat xarakterli sərgüzəştlərim olub.

Karyeranızın hansı mərhələsində olursunuzsa olun, bir sahədə də nə qədər keçmişiniz olursa olsun, əgər bir şeyə həvəslisinizsə, dizayn dünyasında aid olduğunuz yeri tapmaq tamami ilə mümkündür.

 

Özünüzü dizayner adlandırma yoluna girməzdən əvvəl mənim də istifadə etdiyim hiylə səhifəmə bir göz ataq.

 

…(Yazımızın I hissəsini oxuyun)

 

  1. Digər Dizaynerlərlə Söhbət Edin

Bu addımı ataraq dizayn ilə əlaqəli daha əvvəl heç bilmədiyiniz məlumatlar öyrənəcəksiniz. Yəni, bu sahə üzrə işləyən və eyni zamanda sizinlə eyni şəbəkəni paylaşan insanları tapın, ya da heyran olduğunuz şirkətlərin dizaynerləri ilə əlaqəyə keçin və baxın görün onların biliklərindən necə istifadə edirsiniz. Onlardan bir şeyin hansı səbəbə görə pis, yaxşı və yaxud da möhtəşəm olduğunu fikirləşdiklərini soruşun. Onların fikir verdikləri detallara siz də fikir verin səbəbləri ilə birlikdə. Nəyi harada axtardıqlarını öyrənin.

 

Onların (eləcə də özünüzün) düşüncə quruluşlarını başa düşməyiniz   sizə bacarıqlarınızı inkişaf etdirmək, digər insanlarla əməkdaşlıq etmək, dizayn dünyasında fərqli rəqabətkar məhsullar ilə əlaqəli olan qərarlar barədə fərasət qazanmağınıza kömək edə bilər. Dizaynerlərlə əlaqədə olmaq öz lüğətinizi formalaşdırmağa kömək edəcək və bu da sizə artıq öz (ya da hər hansı birilərinin) işinizi müdafiə etmə yolları göstərməyə başlayacaq. Bir dizaynın hansı səbəbə görə yaxşı işlədiyini ya da nəyə görə uğursuz olduğunu təxmin etmək hər kəsin sahib olduğu bir bacarıq deyil. Bu işi hər gün yaşayan insanlarla münasibətdə olmaq sizin dizayn əzələlərinizi çalışdırar və sizi doğru hərəkətləri etməyə yönləndirər.

Bunu üniversitetə getmədən də girə bilmədiyiniz bütün dizayn dərslərini vermək kimi fikirləşə bilərsiniz.

 

  1. Kursa Gedin (Şəxsi)

Davamlı narahat edəcəyiniz bir çox dizayner dostlarınızın olmasına çalışmayın. Dizyaynerlik ilə əlaqəli kursa gedə bilərsiniz. Şəxsi dərs almağınız sizi sürətli bir şəkildə irəli aparacaq. Bu dərslərdə, ən çətin mövzuları seçin və öz özünüzü inkişaf etdirin. Dizayn düşüncəsi ilə əlaqəli oxumaq tək başına dizayn etməkdən və yazı formatlarını (typefaces) ya da tətbiq axışlarını (app flows) təkrarlamaqdan daha asandır-bu bəhs edilən təcrübələrin daha geniş insan qruplarında müzakirə edilməsi tək edilməsindən daha çox xeyrinizə olar.

 

Davam edən kursları araşdırıb onlara qatıla bilər ya da üniversitetinizin təklif etdiyi dərslərdən yararlana bilərsiniz. Birinci variantın sizə daha çox yararı toxunar amma araşdırmanızı edib hansının sizə daha uyğun olduğunu siz qərar verin.

  1. İnsanları başa düşün və tanıyın

Yaxşı bir dizayner olmaq üçün insanları başa düşmək məcburiyyətindəsiniz. Onları tanıyın və ağrı nöqtələrini siz də hiss edin. İnsanları motivasiya edən nədir? Necə qərar verirlər? Onları nəşələndirən nədir, əsəbiləşdirən nədir? Siz insanlar üçün hansı təcrübəni formalaşdırırsınız və bu onları necə bir hissə gətirəcək?

 

Hansı dizayn sahəsini seçməyinizdən asılı olmayaraq, bütün yollar insanlar üçün bir təcrübə dizayn etməyə çıxır, elə buna görə də onlar haqqında nə qədər çox öyrənsəniz o qədər yaxşıdır. Qulaq asma bacarığınızı və fərqli təcrübələrdə insanların nə hiss etdiklərinin əsas nöqtəsinə enmək üçün empatiya bacarığınızı inkişaf etdirin. Ətrafınızdakıları dinləyin və onların nə hiss etdiklərini və niyə elə hiss etdiklərini siz də hiss etməyə çalışın və öz dizaynlarınızın onların təcrübələrinə necə təsiri ola bilər və bu təcrübələri necə təkmilləşdirə bilər onu fikirləşin. Empatiyanın gözəlliyi odur ki, onu istədiyiniz vaxt istədiyiniz yerdə edə bilərsiniz. Onda niyə gözləyirsiniz!

 

  1. Bir Layihə Üzərində İşləyin

Bu, bu işin ən qorxulu hissəsi ola bilər amma dizaynı öyrənməyin ən yaxşı yolu onu etməyə başlamaqdır. Bir layihə tapın və işə başlayın! Bu layihə gerçəkləşməyə bilər, əslində indi sizin üçün ən yaxşısı bir yan layihə üzərində işləməkdir. Önəmli olan bir işə başlamaqdır.

 

Vizual dizayna maraq göstərirsiz? Bir loqo dizayn edin. Yoxsa Interactiona? Onda bir tətbiq prototipi hazırlayın. Altı ay sonra birilərinə göstərməyə utancağınız bir şeylər dizayn edin-problem deyil, bu, prosesin bir parçasıdır! Hamımız bunu yaşamışıq. Sadə şeylər ilə başlayın və sürətlənin.

 

  1. İşinizi Tanıdın

Yaxşı olduğunu düşünməsəniz belə işinizi insanlara göstərməkdən qorxmayın. Əslində bilirsiniz niyə? Çünki düşündüyünüz qədər pis olmaya bilər. Amma ortaya çıxardığınız işlər barədə geri fikirlər almağınız çox vacibdir, hazırda var olan amma sizin varlığından xəbərdar olmadığınız bir naxış (pattern) barədə məlumat almaq, bu yolda daha yaxşı bir dizayner ola bilmək üçün bir sosial cəmiyyətə qatılmaq, işinizi insanlarla paylaşıb onlara göstərmək və onların köməkliyi ilə bir-bir yenə təkrarlamaq bütün bunları ancaq insanlarla əlaqəyə keçərək əldə edə bilərsiniz.

 

Zaman keçdikcə, aldığınız geri fikirlərin (feedback) də dəyişdiyini görəcəksiniz. İşinizdə daha da mütəxəssisləşəndə artıq daha detallı və xüsusi, ən kiçik pikselə qədər olan geri fikirlər almaq üçün can atacaqsınız. Elə bu periodda özünüzü geri fikirlərə qarşı mübahisə edərkən tapa bilərsiniz hətta bu fikirləri görməzlikdən belə gələ bilərsiniz. Bu əladır! Bu o demekdir ki, siz artıq bilikli fikirlərə sahib, istedadından əmin və bir dizaynı uğurlu edən şeyləri daha yaxşı başa düşən bir dizaynerə çevrilirsiniz.

 

Əgər öz dizaynlarınızı müdafiə edəcək qədər güclü hiss edirsinizsə onda artıq digər insanlara dizayn prosesində kömək edəcək hala gəlmisiniz deməkdir. Sizə edilən yaxşılığı geri qaytarın və digər dizaynerlərə geri fikirlərinizi bildirin, onların sizə bildirdiyi kimi. Geri fikir bildirmə döngüsü heç vaxt bitmir, nə qədər təcrübəli olmanızdan asılı olmayaraq. Bunu qəbul edin!

Ximena Vengoechea-Pinterest’də bir Dizayner 

İstifadə edilən Qaynaq:

https://www.themuse.com/advice/how-to-become-a-designer-at-any-stage-of-your-career

Leave your thoughts