İnsan resursları departamentinin optimallaşdırılması bir hədəfə, missiya və vizyona görə plana sahib olmaq və o planı tətbiq etməkdir. Optimallaşdırmanı reallaşdıran bizneslər illik gəlirlərində artış və işçi qüvvəsi xərclərində azalma müşahidə edirlər. İnsan Resursları optimallaşdırılması həm şirkətlər həm də işçilər üçün win-win situasiyasıdır. İşçilərin gələcək karyera planları ilə şirkətin planları eynilik təşkil edəndə həm işçi həm də şirkət qazanır. Bəs insan resurslarını ən yaxşı necə optimallaşdırmaq olar?
- İR Strategiyası
İnsan Resursları optimallaşdırılmasının birinci addımı İR strategiyanızın şirkətinizin ümumi strategiyası ilə uyğunlaşdırmaqdır. Şirkətinizin missiya və vizyonunda yola çıxaraq bu eyniləşdirməni İR funksiyaları da daxil olmaqla reallaşdıra bilərsiniz.
- İR Texnologiyası
Optimallaşdırmanın işləməsi üçün hədəflərinizə çatmaqda istifadə etdiyiniz İR texnologiyası iş axını, proseslər və qanunlar ilə uyğunlaşdırılmalıdır. Günümüzün ən yaxşı İR texnologiyası şirkətinizin fəaliyyət tərzi ilə eynilik təşkil etməlidir. İş axınını yaxşılaşdırmaq, çətinlikləri aradan qaldırmaq və yeni nəticələr əldə etmək üzərində işləyə bilərsiniz.
- İR Xidmətlərinin çatdırılması
İR departamentləri, şirkətlərin və işçilərinin ehtiyaclarını və prioritetlərini tam şəkildə dərk etməli və daha sonra optimallaşdırma strategiyalarının bir hissəsi olaraq insan resursları xidmətinin göstərilməsinin yaxşılaşdırılmasına diqqət etməlidirlər.
- İR Prosesinin Optimallaşdırılması
Şirkətin İR departamenti işçi qüvvəsinin səmərələliyi və işçi performansının optimallaşdırılması üçün xüsusi xidmətlər təklif etməlidir.
Yeni namizədlərin tapılması, cəlb edilməsi və işəgötürülməsi, daha sonra isə işçilərin inkişaf etdirilməsi bu xidmətlərə daxildir. Eyni zamanda işçilərin arzularının və karyera hədəflərinin şirkətin missiya və vizyonu ilə zidlik təşkil etməməsindən əmin olmaq lazımdır.
- İnsan Analitikası
İR-nın optimallaşdırılmasının mərkəzində insan analitikası dayanır. Bu yolla nəticəsizliklərə işıq sala bilər, prosesin yaxşılaşdırılması üçün imkanlar ortaya çıxara bilər və İR-nın optimallaşdırılmasının inkişafı üçün açıq bir yola sahib ola bilərsiniz.
Məlumatlar işçi qüvvəsinin planlaşdırılması, işə qəbul səyləri, və işçilərin inkişafı proqramlarını optimallaşdırmaq üçün istifadə edilə bilər.
İstifadə edilən mənbə: https://strategicpartners-hr.com/hr-optimization-steps/