Vakansiyanın adı: Keyfiyyətə nəzarət inspektoru
Namizədə aid tələblər:
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsil;
- mexanika mühəndisliyi
- kimya mühəndisliyi
- qida mühəndisliyi
- maşın mühəndisliyi
- sənaye mühəndisliyi
- proseslerin avtomatlaşdırılması mühəndisliyi
- texnoloji maşın və avadanlıqlar mühəndisliyi
- MS Office proqramlarını bilməli;
- Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- Araşdırma və analiz etmə bacarığı olmalı;
- ISO 9000 keyfiyyətə təminat sistemləri və onların sertifikatlaşdırılmasına dair lazımi bilikləri olmalıdır.
İş haqqında məlumat:
- Keyfiyyət standartlarına uyğun nümunələri almalı;
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
- Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemi həll etməli;
- Laboratoriyada işlənilən məhlul və qarışıqların hazırlanması;
- İstehsalat hesabatlarının hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Keyfiyyətə nəzarət inspektoru”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.