Vakansiyanın adı: Elektrik/Elektronçu mühəndis
Namizədə aid tələblər:
- Aşağıdakı sahələr üzrə ali tehsil,
- Mexanika
- Elektronik
- Avtomatika
- Cihaz və avadanlıqların texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, mexanizm və fəaliyyət prinsiplərini bilməli;
- Elektrik qurğuları və avadanlıqların istismarı, təmiri və xidməti üzrə mütərəqqi təcrübəsi olmalı;
- Materiallar, ehtiyat hissələri və elektrik enerjisinin məsrəf normalarını bilməli;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizənin qayda və normalarını bilməli;
- Maqnit işəburaxıcılarla (kontaktor) işləmə bacarığı olmalı;
- 1000 voltadək və yuxarı gərginlikli elektrik qurğularında çalışma icazəsi olmalıdır.
İş haqqında məlumat:
- Elektrik sxemlərinə uyğun olaraq operativ işlərin görülməsi;
- Kabel xətlərində təmir işlərinin aparılması;
- Elektrik avadanlıqlarının təmirini heyata kecirmək;
- Elektrik enerjisi təminatının planlaşdırılması və müvafiq hazırlıq işlərinin görülməsi;
- Elektrik mühərriklərinin işə salınması və onlara nəzarət olunması;
- Yağ və vakuum miqdarına nəzarət etmək;
- Elektrik sistemində yaranan nasazlıqları aradan götürülməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Elektrik/Elektronçu mühəndis” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.