Aşağıdakı parametrlərə uyğun satınalma üzrə menecer vəzifəsinə işçi tələb olunur:
- Yaş həddi: 25-35
- Cinsi: kişi
- İş təcrübəsi: 3 il
- Dil biliyi: azərbaycan, rus, ingilis
Vəzifələri:
- Xarici və daxili bazardan alışların təmin olunması
- Bazar araşdırmasını düzgün aparmaq və şirkətə münasib məhsullar ilə vaxtlı-vaxtında şirkəti təmin etmək
- Müvafiq təchizatçı şirkətlərə sifarişlərin keçilməsi
- Qiymət müqaisələrinin aparılması
- Təchizatçı şirkətlərin analizi və siyahısının aparılması
- Məhsulun bazardan depoya qədər hərəkət prosedurunu bilmək
- Gördüyü işə aid hesabatları şöbə rəhbərinə vaxtlı-vaxtında təqdim etmək
- Şöbə rəhbərinin bilavasitə tapşırıqlarını icra etmək
- Anbar sayımlarında iştirak etmək
- Ə/h: 700-1000 AZN (ayda bir dəfə) namizədin iş təcrübəsindən, bilik və bacarıqlarından asılı olaraq dəyişəcək. Dəyərləndirmə 2 mərhələ əsasında aparılacaq. 1-ci mərhələ test, 2-ci mərhələ müsahibə.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına vəzifənin adını email-in mövzu hissəsində “Satınalma üzrə menecer” göstərməklə göndərə bilərlər.