Perpetual Guardian adlı Yeni Zelandiya şirkəti işçilərinə həftədə 4 gün işləməyə icazə verib. Həm də həftəlik 5 günlük maaş qarşılığında. Amma bildirmək istəyirik ki, bu təcrübə xarakteri daşıyan bir proses olub. Nəticələr çox uğurlu olduğu üçün şirkət bu iş rejimini həmişəlik etməyə qərar verib.
Əmlak idarə etməsi ilə məşğul olan şirkətin bu təcrübəsi 240 işçisinin səmərəliliyini artırıb. Onlar vaxtlarını ailələri ilə, idman edərək, yemək bişirərək və bağlarında işləyərək keçiriblər.
Şirkət həftəlik iş saatlarını 40-dan 32 saata endirən, bu eksperimenti bu ilin aprel və may aylarında keçirib və iki araşdırmacıdan da bunun effektləri üzərində çalışmasını istəyib.
Bu araşdırmacıların rəhbəri olan, Auckland üniversitetində insan resursları müəlimi Jarrod Haar deyib ki:
“İşçilər əvvəl vaxt itirdikləri məşğuliyyətləri yoluna qoyublar və indi artıq çalışqan deyil, ağıllı iş görmək şəklini seçiblər.”
Həftəlik 40 saatı 32 saata endirmək fikri isə şirkətin sahibi Andrew Barnesın işçilərin bir günün sadəcə 3 saatını səmərəli bir şəkildə işləyərək keçirtdiklərini və iş ilə bağlı ürək sıxan məsələlərin gecə yata bilməməyə və marixuana istifadəsinin artmasına səbəb olduğunu vurğulayan raportları oxuyanda ağlına gəlib.
Bu eksperimentin nəticəsindən yola çıxaraq o, işçi işə götürəndə onlarla, ofisdə keçirəcəkləri iş saatları üzərindən deyil, tamamlanacaq hədəflər üzərindən müzakirələr aparmaq lazım olduğunu qeyd edib:
“Əgər bu belə olmasa, onda bir baxıma bir işə götürən olaraq sən demək istəyirsən ki, mən səni işə almaq istəyirəm amma tənbəlliyimdən ötürü səndən nə istədiyimi də tam olaraq ortaya çıxara bilməmişəm, ona görə də sənə iş yerinə vaxtında gəlib, vaxtında getdiyin üçün pul ödəyəcəyəm.”
“Müqavilə səmərələlik üzərindən imzalanmalıdır” o, əlavə edir “Əgər sən bu səmərələliyi qısa vaxtda həyata keçirirsənsə niyə sənin maaşından kəsilməlidir ki?!”
Əgər işə götürmələr səmərəliliyə görə olsa, onda iş yerində daha dinc və ədalətli bir aura əmələ gələr. Hər sabah saat 9-da işə gələn amma, gün ərzində çox az iş hədəfinə çatan işçilər ya, şirkətlərdə qala bilməz ya da, bu xasiyyətlərini tərk edərlər.
İstifadə edilən qaynaq:
https://www.nytimes.com
A 4-Day Workweek? A Test Run Shows a Surprising Result