- Təqdir
Təqdir görmək, yalnız işçilər üçün deyil, hər kəs üçün ən böyük motivasiya qaynağıdır. Etdiyi işlərin dəyər gördüyünü bilən işçi, daha artığını etməyə çalışacaqdır.
2. Daxil olmaq
Bir işçinin işi,tələb olunanları edib ,bitirmək deyil, fikir və təklifləriylə iş mühitinə tam daxil olmaq istər.
3. İnkişaf
Hər işçi, özünü inkişaf etdirəcək və yüksəlməsini təmin edəcək texniki və ya şəxsi inkişaf təhsili almağı tələb edir.
4.Əlaqə
İşçi həm şirkətiylə ,həm də işlədiyi insanlarla kifayət qədər əlaqədə olmalıdır. O zaman ,işçi işi iki əlli tutacaqdır.
5. Mükafat
Həyatın hər sahəsində qazanılan müvəffəqiyyət mükafatlandırılmalıdır. Şirkətlərdə, işçilərin mükafatlandırılması, təqdir etməyin bir göstəricisi olaraq ən əhəmiyyətli motivasiya qaynaqlarının əvvəlində gəlir.
6. Motivasiya
Əslində ,bu siyahıda yer alan hər fikir bir motivasiya qaynağıdır .
7. Təlimlər
İşçilər özlərini inkişaf etdirəcək və yüksəlmlərini təmin edəcək texniki və ya şəxsi inkişaf təhsili almaq istədikləri kimi, yerinə yetirdikləri işdə yol göstərici kəslərin köməyinə də ehtiyac hiss edə bilərlər.
8. Yüksəlmək
İşini mükəmməl şəkildə yerinə yetirən, müvəffəqiyyətli hər işçinin hüququdur. Bu mövzudakı ən böyük tələbləri, yüksəlmələrin ədalətli bir şəkildə həyata keçirilməsidir.
9. Ədalət
Bir şirkətin təməl devizi , ‘işçiləri arasında ədalətli davranmaq’ olmalıdır. Şirkət içindəki ədalətsizlik, işçinin motivasiyasını tamamilə yox edib, hətda işindən tamamilə qopara bilər.
10. Hörmət Görmək
İşçilərin etdikləri kiçik bir səhv olduq da danlamaq yerinə, səhvlərini düzəldə bilmə fürsətinin verilməsini və hər insanın səhv edə biləcəyini bilərək, bu vəziyyətə hörmət göstərilməsini tələb edirlər.
11. Çətin Vəzifələr
Çətin vəzifələr işçini stresə sala bilər, lakin bu vəzifələri yerinə yetirə bildiyin də, həm özünə etibarı həm də motivasiyası artacaqdır.
12. Karyera imkanı
Bir işçi hər zaman tərəqqi və yüksəlmə fürsətinin olduğunu bilmək istəyər. Bu işçi üçün əhəmiyyətli bir motivasiya mənbəyidir.
13. Təhlükəsizlik
Siyahıdakı fikirlərin ən əhəmiyyətlisi budur. İşçi, işini yerinə yetirərkən ,özünü mütləq təhlükəsiz hiss etməlidir.
14. Elastik Əmək
İş saatlarındakı və mühitindəki elastiklik işçinin daha stressiz bir şəkildə vəzifələrini yerinə yetirə bilməsini təmin edəcək. Əks təqdirdə bu vəziyyət işçiyə, həm fiziki həm də psixoloji zərər verə bilər.
15. Dinləmə
Bir işçi fikir və təklifləriylə olduğu iş mühitinə daxil olmağı istəyəcəyi kimi ,bu fikirlərin dinlənməsini və mütləq qiymətləndirilməsini də istəyər.
16. Müvəffəqiyyətlər
Hər işçi ən əhəmiyyətlisi, müvəffəqiyyətə çatmaq üçün lazımlı olan vasitələrin (təhsil, təlim və s.) ,onun üçün hər zaman təmin edilə biləcəyini bilmək istəyər .
17. İlərləmə
Eyni şəkildə bir işçi hər zaman ilərləməsi və yüksəlməsi üçün imkanı olduğunu bilmək istəyər.
18. Məsuliyyət
Məsuliyyət almaq və bu məsuliyyəti lazım olduğu şəkildə yerinə yetirə bilmək hər insanın özünə etibarını artırar. İşçilər, bu məsuliyyətlərin bərabər,ədalətli olaraq bölünməsini tələb edirlər.