İş yerinizdə bu sözlərdən istifadə etməyin!

İş yerində istifadə etdiyimiz danışıq tərzi çoxumuz üçün həyatımızın digər hissələrində istifadə etdiyimiz tərzlərdən fərqlidir. Danışarkən, söylədiyimiz hər söz diqqətli seçilməsə, qarşıdakı insanın səhv başa düşməsinə səbəb ola bilər. Bəzi kəlimələr və cümlələr də var ki, indiyə qədər əldə edilən təcrübələrə görə, onların iş yerində istifadə edilməsindən qaçınmaq lazımdır. Onlardan bəziləri belədir:

I. “Bəlkə”
Bu söz müdafiə etməyə çalışdığınız fikri və yaxud da təqdim etdiyiniz layihənin ciddiyətini zəiflətmək gücünə sahibdir. Əgər çox tez-tez “bəlkə” sözündən istifadə edirsinizsə qarşıdakı insanların sizin söylədiklərinizə eləcə də sizə olan inamını azaldırsınız deməkdir.

II. “Bilmirəm”
Bu sözü istifadə etməmişdən əvvəl soruşulan suala cavab tapmaq üçün araşdırma edin və ən son çarə olaraq “bilmirəm” deyin. Çünki ən başdan verdiyiniz “bilmirəm” cavabı işinizi ciddiyə almadığınızı göstərir.

III. “O mənim işim deyil!”
Bu cümləni işlətmək sizinlə qarşıdakı şəxs arasındakı mənfi havanı artıracaq və bu da ofisdəki ab-havaya təsir edəcəkdir. Bu cümlə yerinə, “indi məşğulam, amma daha sonra baxaram” deməyiniz, sizin üçün daha faydalı olacaqdır.

IV. “Onun üçün büdcə yoxdur!”
Əgər komanda üzvlərinizdən biriləri sizə kreativ bir ideya ilə gəlirsə, bu cümləni istifadə etməyiniz çox təhlükəlidir. Bu cavab komandanızın kreativliyini öldürə bilər. Bu cavab yerinə onların kreativ təkliflərini ən az büdcə ilə həyata keçirməyə çalışın.

İşinizi yaxşı yerinə gətirsəniz də, əgər iş yerindəki danışıq tərziniz komanda ruhuna mənfi təsir göstərirsə, bu sizin karyeranızda irəliləməyinizi önləyəcəkdir. Xüsusi ilə də inkişaf etməkdə olan ölkələrdə sözlərə çox məna yükləndiyini diqqətə alsaq, ölkəmizdə işləyənlərin bu mövzuya xüsusi diqqət yetirmələri lazımdır.

İstifadə edilən qaynaqlar:
https://learning.linkedin.com/blog/learning-tips/5-phrases-you-should-absolutely-never-say-at-work
https://ontrava.com/is-yerinde-kullanmaktan-kacinmaniz-gereken-kelimeler

 

Leave your thoughts