2016 və sonrası üçün top 5 İR Trendi


Business papers

Jacob Morgan ,   CONTRIBUTOR

Mən İR-nin gələcəyi haqqında həyəcanlı və optimistəm. Bu rol ad və funksiya etibarilə böyük tranformasiyaya uğrayır. Xoşbəxtlikdən yaxın bir neçə ay içərisində Cisco, Deloitte, Marriott, Accenture, Linkedin, Tata Sons, Airbnb, Staples və digərlərinin də olduğu şirkətlərdəki dünyanın top talant, İR və insan mütəxəssisləri ilə söhbətləşmək imkanım oldu. Söhbətlər və müşahidələr zamanı bəzi trendlərin meydana çıxdığını gördüm. Bu  trendlər ekitabımda qeyd edilmişdir ancaq bəzilərini paylaşmaq istəyirəm. 2016 və sonrasında İR-nin gələcəyini şəkilləndirən trendlər bunlardır:

  1. İşçi təcrübəsi
  2. Data & analiz
  3. Sərbəst işçi iqtisadiyyatı
  4. İş-həyat balansından iş-həyat inteqrasiyasına keçid
  5. İR-nin IT ilə yaxından işləməsi

İşçi təcrübəsi

Mən işçi təcrübəsini 3 mühitdən ibarət qəbul edirəm: fiziki, mədəni və texnoloji. İnsanların özlərini realizə etmək üçün ehtiyacı olduqları iş yerlərini formalaşdırmağı öhdəsinə götürməkdən, insanların özlərini realizə etmək istəyəcəyi mühiti formalaşdırmağa keçid etməli olduğunu bilməsi qurumun özünü tanıması deməkdir. İşçi təcrübəsi sadəcə işçilərin daha bağlı hiss etmələri və işdə xoşbəxt olmalarını təmsil edən simvolik münasibət deyil, həm də onların ən yaxşı ideyaları ilə dəstək göstərməsi və daha məhsuldar və səmərəli işləməsinə imkan yaradır. Əsas nöqtə burda odur ki, qurumlar sadəcə bir mühitə fokuslana bilməzlər, onlar işçi təcrübəsinin tənliyinin bütününə fokuslanmalıdırlar.

Data və analiz

İR tipik olaraq qurumda datanın qızğın olduğu yer deyil, ancaq bütün bunlar dəyişir. Bu gün, artıq data performans rəqəmlərindən sorğulara və işçilərin həyat anlarına qədər bir çox mənbədən data gələ bilər. Sadəcə bir çox işçi datası mümkün olmağa başlaması ilə birlikdə, İR komandası həm də bu datalarla necə davranmaq lazım olduğunu öyrənməlidirlər. Bu, analiz və data elmi haqqında dərin biliklər tələb edir. İnsanları daha yaxşı başa düşmək üçün dünyada güclü İR komandalarının tərkibi data, elm və analiz mütəxəssisləri ilə dolmaqdadır

Sərbəst işçi iqtisadiyyatı

Sərbəst işçi sayı ilə əlaqəli dəqiq rəqəm olmasa da, bəzi tədqiqatlar 60 milyon Amerikalının sərbəst işin hər hansı formasından istifadə etdiyini göstərir. Düzgün və effektiv istifadə edilsə, sərbəst iş şirkət və sərbəst işçi üçün qazan-qazan situasiyasıdır. Qurumlar spesifik layihələrə işçilər götürə bilər və daimi maaş ödəməkdən və mükafat paketi xərclərini qarşılamaqdan uzaqlaşmış olarlar ki, sərbəst işçilər öz iş vaxtlarını təyin etmək, nə qədər işləyəcəklərini təyin etmək və öz istedad və maraqlarına müvafiq şirkəti və layihəni seçmək imkanına malik olurlar.

İş-həyat balansından iş-həyat inteqrasiyasına keçid

Sadəcə bir neçə on il əvvəl, çox işçi üçün iş-həyat balansını qorumağa çatmaq yuxu idi. Ancaq, texnologiyanın böyüməsi ilə çox işçi iş həyatı ilə şəxsi həyatını ayırmaq imkanına qovuşdu. Öz yerində iki sahənin bulanıq bölmələrində qeyri-iş saatlarında işləmək və gündəlik iş günündə qısa şəxsi fasilələr vermək elastikliyini müşahidə edirik. “Gediləcək yer” olması yerinə, iş yeri indi “etdiyin iş”dir. Artıq o, bir çox işçinin həyatı və şəxsiyyətinı iteqrasiya etmiş hissəsidir. Bu o deməkdir ki, iş-həyat balansı artıq ölmüşdür və onun yerini iş-həyat inteqrasiyası almaqdadır. İş=həyat və həyat=iş.

İR-nin IT ilə yaxından işləməsi

Ənənəvi olaraq İR qurumla əlaqəli insan funksiyalarından məsul idi və IT qurumun müvafiq funksiyanı yerinə yetirməsi üçün təsisatdan məsul idi. Bura serverlərə xidmət, işçilərin kompüterlərində şifrələrin bərpa olunması kimi məsələlələr daxil idi. Buna baxmayaraq, biz öz şəxsi həyatımızda gördüyümüz kimi texnologiya ilə bütünləşirik və günü-gündən yaşamaq və işləmək üçün texnologiyaya daha da bağlanırıq. Faktiki olaraq, bir çoxumuz üçün texnologiya hava kimidir, sadəcə sanki biz onsuz yaşaya bilmərik. Məhz ona görə, sadəcə bağlılıq və performansın inkişaf etdirilməsi üçün yox həm də yeni çalışma və qurumun fundamental strukturlaşdırılması yollarının axtarılması məqsədilə, qurum daxilində insan və texnologiya rolları birlikdə işləyir.

Əgər sən İR-dəsənsə, onda bu 5 trendə diqqət ayırmağını məsləhət görürəm.

http://www.forbes.com/sites/jacobmorgan/2016/03/29/the-top-5-hr-trends-for-2016-and-beyond/#2ce34aa42673

Leave your thoughts