Verilənlərin İdarə edilməsi şöbəsinin Müdiri/ Head of Data Governance Unit 190 views

Vəzifə Öhdəlikləri:

  • Bankın verilənlərin idarəolunması programını tərtib etmək və icra etmək;
  • Verilənlərin idarəolunası programı çərçivəsində verilənlərin keyfiyyət standartlarını təyin etmək və onların icrası üçün proses, prosedurlar və metriklər tərtib etmək;
  • Həssas verilənlərin əldə oluması üçün istifadəçi rolların tərtibatı və data klasifikasiyanın aparılması;
  • Biznes strukturlar üçün təyin olunmuş data sahibləri (data owner) ilə sıx əlaqədə olmaq və onların strukturu daxilində yaradılan, transformasiya edilən və silinən verilənlərin monitoringini aparmaq;
  • Bank sistemlərinin yaratdığı və yenilədiyi verilənlər cədvəllərinin analizini aparmaq və uyğunsuzluqlar barədə xəbər vermək;
  • Verilənlərin idarəolunması programı çərçivəsində təyin olunan problemləri kateqoriyalara bölmək və həll yollarını təklif etmək;
  • Mütəmadi olaraq Bankın Verilənlərin İdarəolunması Komitəsinə məruzə etmək;
  • Verilənlərin bankın stardartlarına uyğun olması üçün daxili və xarici sistemlərdə müdafiə prosedurların yazılması və monitoringi;
  • Verilənlərin idarəolunması programı çərçivəsində biznes və İT üçün treyniqlərin aparılması;
  • Verilənlərin sahibləri və İT ilə işləyərək verilənlərin bütövlüyü və keyfiyyət boşluqlarının həll yollarını tapmaq;
  • Bank daxilində tərtib olunan programlarda verilənlərin yığılması, yazılması, transformasiya edilməsi və silinməsi prosesləri tərtib etmək və onlara nəzarət etmək;
  • Verilənlərin texniki və biznes lüğətin yaradılması, izlənilməsi və təkmilləşdirilməsi;
  • Verilənlər üzrə prosesləri və hesabat dəyişiklikləri üçün sənədləşdirmə aparmaq;
  • Verilənlərin idarəolunması şöbəsinə rəhbərlik etmək və illik yol xəritəsini tərtib edib,  icra etmək.

 

Tələblər:

  • BI Mühəndisi, Hesabat Mütəxəssisi, Məlumat Təhlilçisi və ya İT Auditoru kimi ən azı 5 illik təcrübə;
  • Kompüter Elmləri, Mühəndislik və ya müvafiq sahələrdə bakalavr dərəcəsi;
  • Maliyyə sənayesi təcrübəsinə üstünlük verilir;
  • Komandanı idarəetmə qabiliyyəti;
  • SQL dilini əla bilmək;
  • Həll yönümlü, kritikal düşünən biri olmaq;
  • Verilənlərin idarə olunması və keyfiyyəti ilə bağlı texniki bilik və təcrübəyə malik olmaq;
  • Verilənlərlə bağlı biznes tələblərini başa düşmək və onlara uyğun icra planı tərtib etmək;
  • Müstəqil işləmək və minimal nəzarətlə nəticələr əldə etmək;
  • Biznes və sənaye trendlərinə çatmaq üçün daima öyrənməyə davam etmək;
  • Vacib verilənləri effektiv şəkildə idarə etmək və onları qorumaq;
  • Bank sistemləri hərtərəfli anlamaq;
  • İngilis və Azərbaycan dilini əla bilmək, rus dilini bilmək arzu olunandır.
  • This job has expired!
Share this job
Connect with us