Vakansiya: İngilis Dili İnstruktoru 242 views2 applications

Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə www.code.edu.az

Şirkət haqqında

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir.
Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını
dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin
etməkdir. Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir.

İşin təsviri

– Code Academy Tech English kurrikulumu ilə ingilis dili tədrisini həyata keçirmək
– 17+ yaş qrupa Elementary və Pre-intermediate səviyyələrində dərs vermək
– Tələbənin dərsə hazırlığı və iştirakı barədə düzgün və effektiv rəy bildirmək
– Tələbənin suallarına e-mail vasitəsilə rəy bildirmək
Biz sizə həftədə 4 günlük, gündə 3 saatlıq iş rejimi təklif edirik.

İş saatları

19:00-21:45

Görmək istədiyimiz bilik və təcrübə

– 7+ IELTS
– Hər yaş qrupu ilə işləyə bilmək
– Qrup və individual yanaşma bacarığı
– Müəllimlik işini sevmək
– Ən az 1 il pedaqoji təcrübə
– CELTA və TKT olması üstünlükdür

Axtardığımız qabiliyyətlər

– Tələbəni düşündürə bilmək və sual verməsini təşviq edə bilmək
– Məsuliyyətlilik
– Gülərüzlülük
– Ünsiyyətcillik
– Səbirlilik
– Öyrənməyə açıq olmaq

Vəd etdiklərimiz

– Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
– Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
– Öz ixtisasınızla bağlı spesifik biliyə yiyələnmək imkanı
– Müvəffəqiyyətlə işlədiyiniz 1 ilin sonunda Code Academy daxilindəki bütün dərslərə giriş imkanı
Əmək haqqı sizin gözləntiniz və saatlar nəzərə alınaraq sizi qane edəcək səviyyədə olacaq.
Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər [email protected] ünvanına öz rezümelərini
göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə
baxılmayacaq. Son müraciət tarixi 4 fevraldır.

  • This job has expired!
Share this job
More jobs from Code Academy