Təmir tikinti üzrə ekspert 303 views

Rabitəbank ASC  İnfrastruktur və satınalmalar departamentinə, təmir tikinti işləri üzrə xidmət müqavilə əsasında çalışan müstəqil ekspert  vəzifəsi üzrə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Tikinti sahəsində qabaqçıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
  • Kompüter bilikləri;
  • Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma, qaydalarını və texniki şərtləri bilmək;
  • Tikintiyə aid cizgi sənədlərinin hazırlanması;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması;

 

Vəzifə öhdəlikləri:

  • Təmir tikinti işlərin smetaların hazırlanması;
  • İnşaat layihələrinin tikinti norma və qaydalarının tələblərinə uyğun aparılması, görülən işlərin standartlara uyğunluğunun yoxlanılması;
  • Tikinti sahəsində işlərin layihə üzrə gedişatının texniki nəzarəti və yönəldilməsi;
  • Tikinti sahələrinə və ərazilərinə baxış, tikinti işlərinin keyfiyyətinin və kəmiyyətinin yoxlanılması;
  • Tikinti obyektlərində həyata keçirilən tikinti quraşdırma işlərinə və lazım gələrsə təmir işlərinə nəzarət etmək, yenidən təşkil və digər bərpa işlərində həyata keçirilən işlərə nəzarət etmək;
  • Tikinti quraşdırma işlərini əvvəlcədən təyin olunmuş iş planına uyğun aparılması və gecikmə yaranan zaman dərhal aradan qaldırılması üçün tədbirlərin görülməsi.
  • İcra edilmiş işlərin  aktla qəbulu və təmir qiymətlərinin bazara uygun araşdırmasının aparılması.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təmir tikinti üzrə ekspert” yazmağınız xahiş olunur.

 

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

 

  • This job has expired!