Təlim üzrə koordinator 286 views2 applications

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi vakansiya elan edir:

Təlim üzrə koordinator

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil (magistr təhsili arzuolunandır);
  • Təlimlərin təşkilində 1-3 il iş təcrübəsi olması;
  • Azərbaycan dilində səlis danışmaq, rus və ingilis dillərini yüksək səviyyədə bilmək;
  • Yüksək ünsiyyət və davranış qabiliyyətlərinə malik olmaq;
  • Məqsədyönlü, məsuliyyətli və operativ olmaq;
  • İşində dürüst, punktual və səliqəli olmaq;
  • Microsoft Office proqramlarını bilmək;
  • Stressədavamlı və analitik düşünmə bacarığı olması.

Vəzifə üzrə öhdəliklər:

  • Tələb olunan sahələr üzrə təlimçiləri tapmaq;
  • Tələb edilən təlimlər üzrə təlimçilərlə əlaqə saxlamaq və təlimlərin təşkil edilməsini həyata keçirmək;
  • Layihələr tərtib edib həyata keçirmək;
  • Təlim öncəsi hazırlıq tədbirlərini yerinə yetirmək;
  • Təlim iştirakçılarını və təlimçini məlumatlandırmaq;
  • Təlimin keçirilməsinə nəzarət etmək, təlimlə bağlı müxtəlif ehtiyacları qarşılamaq;

 

  • İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaq

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına mövzu yerinə “Təlimlər üzrə koordinator” qeyd etməklə göndərə bilərlər.

Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • This job has expired!
Share this job