Təhsil müəssisələrində akkreditasiyanı icra etmək üçün ekspertlər 278 views

Ümumtəhsil / İlk Peşə / Orta ixtisas təhsili müəssisəsinin akkreditasiyası üçün pilot layihə

  Akkreditasiya və Nostrifikasiya İdarəsinin fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrin akkreditasiya Qaydaları”na əsasən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil pillələri üzrə təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsini  təmin etmək məqsədilə Orta İxtisas, Peşə və Ümumtəhsil pillələrinə dair pilot qiymətləndirilməsi nəzərdə tutulub.

 

Bu səbəbdən müvafiq pillələr üzrə pilot akkreditasiyanı icra etmək üçün ekspertlər tələb olunur.

Pilot lahiyə 6 ay müddətində davam edəcəkdir.

Ödəniş barədə məlumat müsahibə zamanı veriləcəkdir və ödəniş xidməti müqavilə əsasında ödəniləcəkdir.

Ümumtəhsil / İlk Peşə / Orta ixtisas təhsili müəssisəsinin pilot akkreditasiyasının keçirilməsi üçün mütəxəssis profiliə qoyulan tələblər:

  • Yuxarıda göstərilən müvafiq təhsil pilləsinə dair təhsilin məqsədi və məzmunu, tədrisin təşkili və standartlarına dair Azərbaycan Respublikasının qanunvericiliyi haqqında məlumatlı olması;
  • Tədris prosesində monitorinq və qiymətləndirmə keçirilməsi üzrə təcrübəsi olması;
  • İngilis dilində sahə üzrə ədəbiyyatı təhlil etmək üçün tələb olunan bilik və bacarıqlarının olması;
  • Ali təhsil səviyyəsi üzrə ən azı magistr dərəcəsinə sahib olması;
  • Pilot akkreditasiya üçün təklif olunan təhsil səviyyəsi üzrə tələb olunan iş təcrübəsinə malik olması:
    • Ali təhsil üzrə qiymətləndirici ekspert vəzifəsinə müraciət edənlər üçün 7-10 il
    • orta ixtisas, peşə, ümumi və məktəbəqədər təhsil səviyyələri üzrə qiymətləndirici ekspert vəzifəsinə müraciət edənlər üçün 3-5 il
  • Təhsil sahəsi üzrə beynəlxalq proqram və layihələrdə iştirakın olması üstünlük təşkil edir.

 

Mütəxəssis profili üçün seçilən namizədlərin vəzifə öhdəlikləri:

 Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsi ilə başlanğıc iclasının işinin keçirilməsinə hazır olmaq.

  1. Müvafiq təhsil sahəsi və səviyyəsi üzrə pilot akkreditasiyasının keçirilməsi üçün hazırlıq mərhələsini icra etmək.
  2. Müvafiq təhsil sahəsi və səviyyəsi üzrə akkreditasiya mövzusunda beynəlxalq təcrübəni araşdırmaq və Azərbaycan kontekstində tətbiqi mümkün olan təkliflərin hazırlamaq.
  3. Cari təhsil səviyyəsində akkreditasiya qaydaları və standartlarını təftiş etmək və mümkün olan dəyişikliklər haqqında təkliflər vermək.
  4. Müəyyən təhsil səviyyəsi üzrə pilot akkreditasiyasının Layihə rəhbəri/Koordinatoru qismində çıxış etmək və müəyyən cədvəl üzrə (müqavilə əsasında razılaşdırılmış) layihənin icrası ilə bağlı fəaliyyət planı və strategiyasını tərtib etmək.
  5. Akkreditasiya qaydalarına və müəyyən olunmuş metodologiyaya uyğun olaraq, pilot akkreditasiyasını icra etmək.
  6. Özünütəhlil hesabatının yazılmasına dair pilot təhsil müəssisəsində təlim keçirmək.
  7. Pilot akkreditasiyanın koordinatoru olaraq müvafiq akkreditasiya komissiyası tərəfindən hazırlanan qiymətləndirilmə hesabatına dair rəy bildirmək.
  8. Layihə ilə əlaqədar bütün məlumatları, xüsusilə yoxlanılmış akkreditasiya qaydaları və meyarları ilə əlaqədar şərhləri və qeydləri toplamaq.
  9. Təhsil müəssisəsi və akkreditasiya şöbəsinin koordinatoru tərəfindən akkreditasiya prosedurunun tətbiqinə dair qaydaların, meyarların, eləcə də metodologiyanın yekun variantınının hazırlanması.
  10. Layihənin icrasına dair yekun hesabatın təhvil verilmə tarixlərinə əməl etmək və akkreditasiya şöbəsinə təqdim etmək.

 

Uyğun namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Elanda qeyd olunan müvafiq təhsil pilləsinin adını”  qeyd etməklə hr @ani.edu.gov.az  e-mail ünvanına göndərmələri xahiş olunur. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • This job has expired!
Share this job