Təkrar emal üzrə menecer 153 views1 application

Vəzifənin təfərrüatı

Vəzifə: Təkrar emal üzrə menecer
Şöbə: Baş İdarəçilik
İş vaxtı: Tam iş vaxtı

Vəzifəsi:

Geosikl tullantıların idarə olunması işinə bir sıra daxili və xarici tərəfləri cəlb etmək və qarışıq,
çoxmillətli mühitdə işləmək bacarığı ilə dəyər yaratmanı və gəlirliliyi maksimallaşdırmaqla
rəhbərlik etmək.

Səlahiyyət dairəsi:

Yerli strateji planların təklifi və yol xəritələrinin tətbiqi;
Gündəlik işlərdə yerli səviyyədə strategiyanın tətbiqinə nəzarət;
Yerli səviyyədə Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarının/ ACert –in icra olunmasına və
onlara əməl olunmasına nəzarət;
Sement zavoduna yığılana kimi tullantıların idarə olunması ilə bağlı bütün əməliyyatları idarə
etmək.

Əsas öhdəlikləri:

● B iznes strategiyası və biznes modelini hazırlamaq və təklif etmək; Ölkə səviyyəsində
tullantıların idarə olunması üzrə strateji planlaşdırmanı asanlaşdırmaq və icra planlarını
təsdiqləmək; Aydın biznes hədəflərini və ƏFG-lərini müəyyən etmək;
● Tullantı xidmətlərinin və emal öncəsi əməliyyatların bütün aspektlərini idarə etmək və
optimallaşdırmasını təmin etmək (müştərilərdən tullantıların toplanmasından,onların
sement zavoduna çatdırılmasına kimi);
● İnsanların inkişafına rəhbərlik etmək, bacarıqlarını inkişaf etdirmək və AYİ üzrə
istedadları və potensial davamçıları yetişdirmək;
● Qaydalara uyğun hərəkət etmək, AYİ biznesində bütün xarici və korporativ idarəetmə
prinsiplərinə- Əməyin mühafizəsi və Təhlükəsizlik / ACert, keyfiyyət, ətraf mühit, ədalətli
rəqabət prinsiplərinə və digər qaydalara və tələblərə – uyğunluğa nəzarət etmək;
● Maraqlı tərəfləri AYİ biznesinin strateji dəyərlərinə cəlb etmək; Regionda müdafiə
strategiyasının hazırlanmasına və müdafiə xarakterli tədbirlərin icrasına rəhbərlik etmək;
● AYİ biznesində innovasiyaların edilməsinə rəhbərlik etmək, yeni yanaşma və həllər üzrə
innovativ düşünməni dəstəkləmək;
● Avropanın Geosikl üzrə aparıcı Komandalarında fəal iştirak etmək;
● Geosikldə kommersiya transformasiyasına rəhbərlik etmək, o cümlədən geosikl brendini
və tullantıların idarə olunması planında yerli tərəflərə birgə işi təşviq etmək.
Holcim (Azərbaycan) ASC-də iş imkanları.
Holcim (Azərbaycan) ASC LafargeHolcim Qrupunun üzvüdür
Lafarge Holcim Qrup, dünyanın 80-dan çox ölkəsində, 80,000-dən çox işçisi ilə fəaliyyət göstərərək, sement, hazır
beton və aqreqatlar istehsalında, həmçinin paylanmasında dünya liderlərindən biridir.

Təhsil / İxtisaslar:

Magistr dərəcəsi (Sahibkarlıq bacarıqları), Mühəndis.

Təcrübə:

● Ümumi idarəetmə təcrübəsi və ya tullantıların idarə olunması və ya sement sektorunda
marketinq, satış və ya Müştəri Məmnuniyyəti üzrə – 5 ildən çox təcrübə;
● AYİ/Geosikl biznes təcrübəsi – 1-3 il.
Tələb olunan bacarıqlar və keyfiyyətlər:
● Tullantı bazarının və əlaqəli hüquqi nailiyyətlərin başa düşülməsi;
● Tullantıların toplanmasında və təchizat zəncirində kommersiya nailiyyətlərinin dərindən
qiymətləndirilməsi;
● İnnovativ və sürətlə inkişaf edən sektor üzrə əldə olunmuş nailiyyətlərdən faydalanmaq
üçün sahibkarlıq düşüncəsi, çeviklik və sürət.
● Tullantı emalının, təkrar istehsalın, müvafiq texnologiyaların və sement istehsalının
dərindən qiymətləndirilməsi;
● Sement sobasında birgə emalın dərindən qiymətləndirilməsi;
● Güclü liderlik, ünsiyyət və dəyişikliklərin idarə olunması bacarıqları;
● Komandada işləmək bacarığı;
● Ümumi və layihəni idarəetmə bacarıqları;
● Performans və müştəriyönümlü bacarıqlar;
● Dəyər və mədəniyyət üzrə nümunə göstərmək bacarığı.

Dil tələbi:

İngilis və Azərbaycan dili.

Müraciət etmək proseduru:

Maraqlananlar CV-lərini mövzu bölməsində “Təkrar emal üzrə menecer” yazmaqla [email protected]
lafargeholcim.com ünvanında yerləşdirə bilərlər.
Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır. Yalnız
seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-lərin son qəbul tarixi: 2 may, 2019.

Apply for this job