Satış təmsilçisi (Ekspeditor) 85 views1 application

Şirkət haqqında :  1995-cü ildə fəaliyyətə başlayan   “Inci Group Of Companies” MMC- nin əsas fəaliyyətini Satış və Distributor Şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış  üzrə Şirkətin Bakı şəhəri və regionlarda  dağıtım anbarları və satış komandaları vardır.

Namizədə dair tələblər: 

– Ali və Orta təhsil
– MS Office ilə qabaqcıl istifadə bacarıqları

– İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir

– Komandada işləmə bacarığı

– Korporativ imic üçün xarici görünüş vacibdir

– Satış sahəsində minimum 3 illik təcrübə

– B kateqoriyalı sürücülük vəsiqəsi

– Müştərini qazanmaq qabiliyyəti

– Ünsiyyətcillik

– Dəqiqlik və  məsuliyyət

– Problemləri həll etmək bacarığı

– Komanda şəklində işləmək qabiliyyəti

– Yaş: 23-35

İş barədə məlumat: 

– Satış hədəflərinin vaxtlı vaxtında icra olunması

– İşin başlanğıcında anbardan malların təhvil alınması və maşına yüklənilməsi

– Təyinat məntəqələrinə vaxtında vizitlərin edilməsi

– Öz rutu üzərində yeni müştərilərin tapılması və onlara məhsulların təklif edilməsi

– Müştəri borc limitlərinin nəzarətdə saxlanılması

– Müştəri loyallığını artıracaq tədbirlərin görülməsi

– Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi

– Bazarın mütəmadi araşdırılması, şifahi sorğuların keçirilməsi, bazarda rəqiblərin araşdırılması və əldə etdiyi məlumatların rəhbərliyə ötürülməsi

– Yeni satış nöqtələri haqqında vaxtında məlumat alması

– Rəqiblər və bazar qiymətləri haqqında düzgün və dolğun informasiya alınması və ötürülməsi

– Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq

– Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq

– Hər günün sonunda rəhbərliyə günlük hesabatın təqdim edilməsi

– Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi

– İş yeri: Bakı şəhəri, Ulduz metrosu yaxınlığında

 

Əmək haqqı fiks fond və satışdan bonuslar  əsasında müəyyən olunur və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz.

 

Müraciət etmək istəyən əməkdaşlardan CV formasını Mövzu (subject) bölməsinə “Satış təmsilçisi(Ekspeditor)” qeyd etməklə [email protected] və ya [email protected] e-maillərinə göndərməkləri xahiş olunur.

Apply for this job