Risklərinin İdarə Olunması Üzrə Baş Mütəxəssis 213 views

Vəzifə öhdəlikləri:

  • Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;  Risk nəzarət və özünü qiymətləndirmə alətinin tətbiqi;
  • Risk nəzarət matrisasının hazırlanması və dövri olaraq yenilənməsi;
  • Risk və insidentlərin idarə edilməsi sisteminin təşkili;
  • Bank daxili normativ sənədlərin, məhsul və xidmət, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
  • Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
  • Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi;
  • Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi.

 

Vəzifəyə olan tələblər:

  • Bankda maliyyə, mühasibatlıq və ya müştəri xidməti strukturlarında ən azı 2 illik iş təcrübəsi;
  • MS Excel proqramı üzrə səlist biliklər. Pivot Table, diaqramların qurulması və çoxluqlar bazası ilə iş bacarığı;
  • Biznes proseslərinin tənzimlənməsi barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normative aktları və qaydaları barədə biliklər;
  • Yüksək ünsiyyətqurma və komandada işləmə bacarığı;
  • Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili bilikləri.

 

Göstərilən tələblərə cavab verən namizədlər email-in mövzu hissəsində “Risk-Baş mütəxəssis qeyd edərək öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Apply for this job
Share this job

In 2003, AZINKA HR&CC was established and company provides HR and consultation services to mainly middle and big companies in various industries. Our mission is to provide optimal human resources and consultation solutions compliant with business ethics and clients’ needs in Azerbaijan. Our vision is to be the Central Asia’s and Caucasus’ best human resources & consultation service provider.

AZİNKA HR&CC 2003-cü ildən bəri Azərbaycanda xidmət göstərən lider yerli Insan resursları şirkətidir.Bizim müştərilərimiz neft və qaz, bank və maliyyə, FMCG və B2B-yə qədər müxtəlif sahələrdə fəaliyyət göstərən yerli və tanınmış xarici şirkətlərdir.

Şirkətimiz 2003-cü ildə təsis edilmişdir və müxtəlif sənayə sahələrində fəaliyyət göstərən orta və iri həcmli şirkətlərə işə götürmə və İnsan Resursları xidmətləri göstərməkdədir.Missiyamız Azərbaycandakı müştərilərimizin ehtiyaclarına və biznes etika normalarına uyğun optimal işəgötürmə və insan resursları xidməti göstərməkdir.Hədəfimiz Orta Asiyanın və Qafqazın ən yaxşı işəgötürmə və insan resursları şirkəti olmaqdır.

Information
  • Address Baku
Connect with us