Mikrokreditlər Strukturunun Rəhbəri 220 views

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC mikrokredit biznesinin qurulmasında və inkişafında öz potensialını reallaşdırmaqda maraqlı olan peşəkar şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Mikrokredit biznesinin inkişafını təmin etmək;
  • Mikrokredit üzrə büdcə hədəflərinin yerinə yetirilməsini təmin etmək;
  • Mikrokredit məhsullarının satışının artırılması üçün lazımi tədbirlər həyata keçirtmək;
  • Yeni mikrokredit məhsullarının yaradılmasını təmin etmək;
  • Mikrokredit portfelinin keyfiyyətinə nəzarət etmək, keyfiyyətin yaxşılaşdırılması və yüksək səviyyədə saxlanılması üçün təkliflər hazırlamaq;
  • Mikrokredit sahəsində mütəxəssislərin yetişdirilməsi prosesində yaxından iştirak etmək.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

  • Ali təhsil (iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
  • Bu və yaxud oxşar sahələrdə azı 5 il, rəhbər vəzifələrdə azı 2 il iş təcrübəsi;
  • Analitik düşüncə qabiliyyəti;
  • Yüksək idarəetmə və liderlik qabiliyyəti;
  • Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
  • Təşəbbüskarlıq və yeni ideyalara açıq olmaq;
  • Yüksək komanda ruhunu təmin etmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mikrokredit rəhbəri” göstərməyiniz xahiş olunur.

ƏLAQƏ VASİTƏLƏRİ:

  • E-mail: [email protected]
  • Telefon: (012) 598 44 88
  • Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
  • This job has expired!