Mikro kredit Baş mütəxəssis/Ekspert 79 views

 “Rabitabank” ASC  Bakı, Sumqayıt, Xaçmaz, Gəncə, Lənkəran və  Şəmkir filialları üzrə Mikro kredit Baş mütəxəssis/Ekspert olaraq işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Əsas vəzifələr:

– Aktiv marketinq təbliğatının aparılması və potensial biznes müştərilərinin axtarışı;

– Müştərilərin və tələb olunduğu halda zaminlərin biznes fəaliyyətini təhlil etmək;

– Qayda və prosedurlara əsasən tərtib edilmiş sənədləri təstiqə təqdim etmək;

– Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;

– Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək.

 

Namizədə olan tələblər:

– Ali təhsil;

– Sahə üzrə azı 2 il iş təcrübəsi;

– Yüksək ünsiyyətqurma qabiliyyəti;

– Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;

– Təşəbbüskarlıq və yenilikləri öyrənmə qabiliyyəti;

– Müştəriyönümlülük, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mikro kredit Baş mütəxəssis/Ekspert” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

 

Apply for this job