Layihə rəhbəri 422 views5 applications

      Funksiyaları

rəhbəri layihələrin keyfiyyət vaxt və büdcə məhdudiyyətləri daxilində icra olunmasına və təhvil verilməsinə birbaşa cavabdehlik daşıyır..

 

  • Layihə rəhbəri ona həvalə olunmuş layihənin, şirkətin layihə idarə etmə proseduruna əsaslanaraq icra olunmasına məsulliyyət daşıyır.
  • Layihənin icra planının hazırlanmasına və həyata keçirilməsinə cavabdehdir.
  • Müştərinin layihə üzrə əsas tələblər toplusunun hazırlayır və daimə yeniləyir.
  • Layihədə maraqlı tərəflərin təsir analizini hazırlayır və daim yeniləyir.
  • İşlərin siyahısını, İş qruplarını, Gant cədvəlini və Resurs birləşmələrini təqdim edir.
  • İdarə etmə reservləri ilə birlikdə layihə büdcəsinin idarə etmə planını hazırlayır və razılaşdırır.
  • Layihənin insan resurslarını, keyfiyyət tələblərini, kommunikasiyasının idarə etmə planını hazırlayıb təqdim edir.
  • Risklərin idarə etmə planını hazırlayıb təqdim edir.
  • Layihənin təchizatının idarə etmə planını təqdim edir.
  • Təsdiq olunmuş iş planına uyğun olaraq görüləcək işlərin təhvil verilmə müddətinə nəzarət və və bu iş planının kritik keçidinin optimallaşdırılmasına cavabdehdir. Layihə üzrə işlərin proqnozlaşdırılması, iş planina müvafiq   düzəlişlərin edilməsnə cavabdehdir;
  • Layihənin konsepsiya, məqsəd və əsas mərhələlərini  struktur rəhbəri ilə razılaşdırır;
  • Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təyin edir;
  • Layihənin pul vəsaitinin hərəkətinin, məsrəf və gəlirin planını hazırlayır;
  • Layihə üzrə sənədləşməni aparır;
  • Büdcəyə uyğun olaraq layihə üzrə pul vəsaiti məsrəfininin idarə olunmasında iştirak   edir;
  • Layihənin təqdimatını hazırlayır və  aparır;
  • Layihəyə dəyişiklikləri hazırlayır və daxil edir;
  • Layihə briqadasının üzvlərinin işlərini uyğunlaşdırır;
  • Layihə üzrə görülən işlərin keyfiyyətinə nəzarət edir
  • Layihənin qrafik planına və büdcəsində düzəlişlər edir, edilən dəyişiklikləri razılaşdırır;
  • Layihənin yerinə yetirilməsi müddətində iclasların planlaşdırılması və keçirilməsinə təşəbbüs göstərir;
  • Kommersiya Departamentində Planlama Mühəndisi və Tender üzrə Mühəndis ilə layihə üzrə aralıq və yekun hesabatların tərtib edir və razılaşdırır, aralıq və yekun hesabatları  rəhbərliyə təqdim edir;

 

Səlahiyyətləri

Fəaliyyətinə aid olan istənilən məlumatı tam və məhdudiyyətsiz əldə etmək (bilavasitə rəhbəri və ya idarəetmə orqanları tərəfindən tanışlığa qadağa qoyulan məlumatlardan başqa).

 

Məsuliyyəti

  • Məxfi informasiyanın və şirkət sirlərinin saxlanmasına görə məsuliyyət daşıyır;
  • Bu “Vəzifə təlimatı” ilə müəyyənləşdirilmiş vəzifələrin icra edilməsinə, Layihələr üzrə Rəhbərin və müəssisənin  İcraçı Direktorunun əmr və sərəncamalarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır;
  • Təhvil–təslim aktı və ya maddi məsuliyyət müqaviləsi ilə  ona  təqdim olunmuş   inventara görə məsuliyyət daşıyır;
  • Əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından  mühafizənin norma və qaydalarına əməl olunmasına və bu təlimatda nəzərdə tutulmuş digər əmək funksiyalarının yerinə yetirilməsinə görə məsuliyyət daşıyır;

Vəzifəyə olan tələblər

  • Təhsil: Ali
  • İş stajı: 10 il; Müvafiq vəzifədə ən azı  3 il iş təcrübəsi
  • Dil biliyi ; Azərbaycan, İnglis dili, Səviyyə
  • Kompüter biliyi:  MS Office, AutoCad, MS Project, Primavera P6, Outlook və digər qrafik proqramlar;  Səviyyə:  Yaxşı
  • Digər Tələblər: PMP certifikatın olması labüddür.  Ingilis, Rus dili bilənlərə üstünlük verilir

Digər şərtlər

  • Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində  onunla əməkdaşlıq edir;
  • Əmək fəaliyyəti prosesində müəssisənin struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə  təsir göstərən hərəkətlərə yol verməməlidir

Bilməlidir

 

  • Maya dəyərinin hesablanması, büdcələrin ve işçi cizlglərin hazırlanması və müzakirə edilməsi;
  • Müştərilərə iş tərəqqi və büdcə məsələləri barədə məlumat verməyi;
  • Memarlarla, mühəndislə və digər tikinti və tikinti mütəxəssisləri arasında koordinasiyanın təşkili;
  • Müvafiq orqanlardan icazələrin və lisenziyaların alınması;
  • İnşaatı təşkil edəcək amillər və proseduralar  haqqında məlumatın olması və ən yaxşı nəticələr əldə etmək üçün müxtəlif ixtisaslar üzrə mütəxəssislər qrupunu idarə etməlidir;
  • Ideal namizəd analitik ağıl və böyük təşkilati bacarıqlara sahib olmalıdır;
  • Keyfiyyət və sağlamlıq və təhlükəsizlik standartları ilə tanış olmalıdır;
  • Mükəmməl təşkilati və vaxt idarəçiliyi bacarığı olmalıdır;

 

Please send your CV to [email protected] email address by noting the name of the vacancy

 

Apply for this job
Share this job

In 2003, AZINKA HR&CC was established and company provides HR and consultation services to mainly middle and big companies in various industries. Our mission is to provide optimal human resources and consultation solutions compliant with business ethics and clients’ needs in Azerbaijan. Our vision is to be the Central Asia’s and Caucasus’ best human resources & consultation service provider.

AZİNKA HR&CC 2003-cü ildən bəri Azərbaycanda xidmət göstərən lider yerli Insan resursları şirkətidir.Bizim müştərilərimiz neft və qaz, bank və maliyyə, FMCG və B2B-yə qədər müxtəlif sahələrdə fəaliyyət göstərən yerli və tanınmış xarici şirkətlərdir.

Şirkətimiz 2003-cü ildə təsis edilmişdir və müxtəlif sənayə sahələrində fəaliyyət göstərən orta və iri həcmli şirkətlərə işə götürmə və İnsan Resursları xidmətləri göstərməkdədir.Missiyamız Azərbaycandakı müştərilərimizin ehtiyaclarına və biznes etika normalarına uyğun optimal işəgötürmə və insan resursları xidməti göstərməkdir.Hədəfimiz Orta Asiyanın və Qafqazın ən yaxşı işəgötürmə və insan resursları şirkəti olmaqdır.

Information
  • Address Baku
Connect with us