Kollektor (Tovuz) 85 views

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Tovuz şəhərində yerləşən filialı üçün
Problemli Kreditlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

 -Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin
həyata keçirilməsi;
-Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması
və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
-Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim
edilməsi;

Tələb olunan keyfiyyətlər:

İş yeri: Tovuz şəhəri;
Ali təhsil;
Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
Kredit sahəsində ən azı 6 (altı) ay iş təcrübəsi;
Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
Riyaziyyat, iqtisadiyyat və ya idarəetmə sahələri üzrə baza biliklər;
Etibarlı sürücülük vəsiqəsi;
Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Müştərilərlə davranış etikası.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına
Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor – Tovuz) qeyd
etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC
haqqında ətraflı məlumatı
www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.
Apply for this job