İri müştərilərlə iş üzrə menecer 138 views1 application

Vəzifənin təfərrüatı

 

Vəzifə:                       İri müştərilərlə iş üzrə menecer

Şöbə:                         Maliyyə

İş vaxtı:                    Tam iş vaxtı

 

Əsas öhdəlikləri və vəzifələri:

 

  • Bazar payı, satış həcmi və qiymətlər səviyyəsində iş planının hazırlanması və idarə olunması. İNKİŞAF üçün bazar imkanlarının müəyyənləşdirilməsi;
  • Strateji müştərilərin planlarını izləmək və şirkət strategiyasında məqsədlərə nail olmaq üçün səylər göstərmək (satılan həcm, qiymətlər, xalis satışlar və s.).
  • Bazarda şirkətin imicini təbliğ etmək və gücləndirmək üçün müsbət müştəri əlaqələrini təmin etmək, qorumaq və inkişaf etdirmək;
  • Satışa dair əsas parametrlərin (bazar payı, həcmi, qiymətləri və borcları) büdcəyə uyğunluğuna nəzarət etmək;
  • Müştəri portfelinin inkişafına nəzarət etmək;
  • Rəqabət və idxal fəaliyyətlərinin monitorinqi və hesabatlarını təqdim etmək, şirkətin qərarı və strategiyalarına uyğun olaraq izləmək;
  • Satış prosesinin təkmilləşdirilməsi üçün əsas sahələri müəyyənləşdirmək;
  • Əməliyyatları genişləndirmək üçün siyasət və prosedurları tövsiyə etmək, həyata keçirmək və idarə etmək;
  • Sorğularda iştirak etmək, tədqiqatlara, araşdırmalara cavab vermək və şöbə tərəfindən işlənilən mövzularla bağlı problemləri həll etmək; gündəmdə olan administrativ məsələlərin həlində iştirak etmək;
  • Logistika departamenti ilə koordinasiyada birbaşa paylanmanı həyata keçirmək; şirkətin maraqlarının satış müddətində qorunmasnı izləmək;
  • Strateji müştərilər və böyük layihələrlə bağlı yeni iş imkanları axtarmaq;
  • Tövsiyələr, təşəbbüslər, tətbiqlər və nəticə verməkdə fəal və yaradıcı olmaq;
  • Müştəri məmnuniyyətini yaratmaq və saxlanmasını təmin etmək;
  • Strateji düşünmək və rəhbərliyin razılığı ilə gələcək yönümlü qərarlar qəbul etmək;
  • Şirkətin ƏMTT qaydalarını bilmək və bütün işlərini bu qaydalara uyğun şəkildə təşkil etməklə özünün və ətrafındakılarının təhlükəsizliyindən əmin olmaq.

 

 

Tələb olunan keyfiyyətlər:

 

  • Tikinti və tikinti materialları, İqtisadiyyat və Biznesin İdarəolunması sahəsində Ali təhsil;
  • Satış, idarəçilik, əsas müştərilərin idarəolunması və ya digər müvafiq sahələrdə 3-4 il iş təcrübəsi;
  • İngilis, Azərbaycan və Rus dillərində mükəmməl şifahi və yazılı biliklər;
  • Müştərilərin ehtiyaclarını görə bilmək və onların təcrübi olaraq həyata keçməsinə nail olmaq;
  • Yüksək inkişaf etmiş sosial, insanlarla ünsiyyət yaratmaq qabiliyyəti;
  • Vaxt intizamı və təzyiq altında işləmək bacarığı;
  • Təkliflər yazmaq, layihəyə rəhbərlik etmək və analitik bacarığa malik olmaq;
  • Müştərilərə yüksək səviyyədə təklifləri irəli sürmək bacarığı;
  • Aydın şəkildə qoyulmuş satış hədəflərinin həyata keçirilməsi istiqamətində sərbəst işləmək bacarığı;
  • Danışıqlar aparmaq və problemləri həll etmək qabiliyyəti;
  • Təşəbbüskarlıq, komanda yönümlülük və şirkətə sadiqlik.

 

Müraciət etmək proseduru:

 

Maraqlananlar CV-lərini mövzu bölməsində “KAM” yazmaqla [email protected] ünvanında yerləşdirə bilərlər. Yerləşdirilimiş bütün müraciətlərə baxılacaq və hamıya bərabər imkan yaradılacaqdır. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

CV-lərin son qəbul tarixi: 30 aprel, 2019

Apply for this job