İnşaat layihə mühəndisi 314 views5 applications

Namizədə aid tələblər:

  • İnşaat mühəndisliyi sahəsində ali təhsili olmalı;
  • Müvafiq sahəyə uyğun ən azı 1 il iş təcrübəsinə sahib olmalı;
  • Texniki və iqtisadi hesablamaların tərtib edilməsi və aparılması metodlarını bilməli;
  • Avadanlıq və qurğuların istehsalı və quraşdırılması texnologiyaları, materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı;
  • Müəllif nəzarəti jurnalının və gizli akt formalarının  tərtibi qaydalarını bilməli;
  • Hesabatların Lira və ya SAP2000 proqramında aparılamsı qaydasını bilməli;
  • AutoCAD, Revit, Tekla və s. proqramları bilməlidir.

 

İş haqqında məlumat: 

  • İnşaat layihə sənədlərinin Tikinti məcələsi, Tikinti norma və qayda qanunlarına “СНиП” -ə uyğun olaraq hazırlanması və hazır layihələrin oxunması;
  • Dəmir beton, metal konstruksiya, ağac və s. konsrtuksiyaların layihəyə uyğun hesabatlarının aparılması və layihələndirilməsi;
  • Optimal konstruktiv həll variantlarının verilməsi;
  • Layihəyə görə icra edilən işlərin layihəyə uyğunluğunun yoxlanılması;
  • Geoloji və topoqrafik məlumatların oxunması və layihədə tətbiqi;
  • Konsrtuksiya materiallarının layihəyə görə həcminin müəyyən edilməsi;
  • Hazırladığı layihələrin FHN dövlət ekspertiza idarəsində müdafiə edilməsi və  təhvil verilməsi.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“İnşaat layihə mühəndisi”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

  • This job has expired!
Share this job
Information
  • Address Baku, Azerbaijan
Connect with us