Front Ofis Koordinatoru 276 views4 applications

 

Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə      https://code.edu.az/

Şirkət haqqında

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir.

Vakansiya: Front Ofis Koordinatoru

İşin təsviri:
– Təhsil mərkəzinə gələn qonaqları və müştəriləri qarşılamaq
– Telefon zənglərinə cavab vermək
– Qeydiyyat işinin aparılması

– Ofisdə digər departamentlərin gündəlik işlərinə dəstək olmaq
Biz sizə həftədə 6 günlük, gündə 6 saatlıq (Şənbə və ya Bazar 8 saatlıq), 3 növbəli iş rejimi təklif edirik:
9:00-16:00, 13:00-20:00, 14:00-21:00.


Görmək istədiyimiz bilik və təcrübə:

– Microsoft Office proqramlarında yaxşı işləyə bilmək
– Azərbaycan dilində yaxşı nitq qabiliyyəti
– Tələbəlik müddətində sosial aktivlik

– Call Center təcrübəsinin olması üstünlükdür

Axtardığımız qabiliyyətlər:
– Məsuliyyətlilik
– Gülərüzlülük
– Ünsiyyətcillik


Vəd etdiklərimiz

– Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti
– Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi
– Müvəffəqiyyətlə işlədiyiniz 1 ilin sonunda Code Academy daxilindəki bütün dərslərə giriş imkanı

Kompüter, mobil telefon və korporativ nömrə şirkət tərəfindən verilir.
Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər  [email protected]  ünvanına öz rezümelərini göndərsinlər. Başlıq və mətn hissəsi olmayan rezümelərə baxılmayacaq.

More Information

  • Salary 500 AZN (NET)
  • This job has expired!
Share this job

In 2003, AZINKA HR&CC was established and company provides HR and consultation services to mainly middle and big companies in various industries. Our mission is to provide optimal human resources and consultation solutions compliant with business ethics and clients’ needs in Azerbaijan. Our vision is to be the Central Asia’s and Caucasus’ best human resources & consultation service provider.

AZİNKA HR&CC 2003-cü ildən bəri Azərbaycanda xidmət göstərən lider yerli Insan resursları şirkətidir.Bizim müştərilərimiz neft və qaz, bank və maliyyə, FMCG və B2B-yə qədər müxtəlif sahələrdə fəaliyyət göstərən yerli və tanınmış xarici şirkətlərdir.

Şirkətimiz 2003-cü ildə təsis edilmişdir və müxtəlif sənayə sahələrində fəaliyyət göstərən orta və iri həcmli şirkətlərə işə götürmə və İnsan Resursları xidmətləri göstərməkdədir.Missiyamız Azərbaycandakı müştərilərimizin ehtiyaclarına və biznes etika normalarına uyğun optimal işəgötürmə və insan resursları xidməti göstərməkdir.Hədəfimiz Orta Asiyanın və Qafqazın ən yaxşı işəgötürmə və insan resursları şirkəti olmaqdır.

Information
  • Address Baku
Connect with us