FİLİAL MÜDİRİ (QAX) 219 views1 application

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Qax şəhərində yerləşən filialı üçün FİLİAL MÜDİRİ vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər

  • Filialın işçi heyətinin idarə olunması;
  • Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
  • Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
  • Filial kredit komitəsində iştirak etmək və komitəyə sədrlik etmək;
  • Filialın büdcə proqnozlarının hazırlanmasında iştirak etmək və yerinə yetirilməsini təmin etmək;
  • Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək, monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.

Tələb olunan keyfiyyətlər

  • Ali təhsil;
  • Yaşayış yeri: Qax və ya Zaqatala ərazisi;
  • Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
  • Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
  • Analitik mühakimə etmək qabiliyyəti;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

 

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Filial müdiri, Qax) qeyd etməklə göndərmələri xahiş olunur.

 

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

  • This job has expired!
Share this job

In 2003, AZINKA HR&CC was established and company provides HR and consultation services to mainly middle and big companies in various industries. Our mission is to provide optimal human resources and consultation solutions compliant with business ethics and clients’ needs in Azerbaijan. Our vision is to be the Central Asia’s and Caucasus’ best human resources & consultation service provider.

AZİNKA HR&CC 2003-cü ildən bəri Azərbaycanda xidmət göstərən lider yerli Insan resursları şirkətidir.Bizim müştərilərimiz neft və qaz, bank və maliyyə, FMCG və B2B-yə qədər müxtəlif sahələrdə fəaliyyət göstərən yerli və tanınmış xarici şirkətlərdir.

Şirkətimiz 2003-cü ildə təsis edilmişdir və müxtəlif sənayə sahələrində fəaliyyət göstərən orta və iri həcmli şirkətlərə işə götürmə və İnsan Resursları xidmətləri göstərməkdədir.Missiyamız Azərbaycandakı müştərilərimizin ehtiyaclarına və biznes etika normalarına uyğun optimal işəgötürmə və insan resursları xidməti göstərməkdir.Hədəfimiz Orta Asiyanın və Qafqazın ən yaxşı işəgötürmə və insan resursları şirkəti olmaqdır.

Information
  • Address Baku
Connect with us