3D Modelləşdirmə və Vizualizasiya müəllimi 61 views1 application

Şirkət haqqında

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

 

Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir.

Code Academy rəqabətli məvacib və yüksək standartlara uyğun iş şəraiti təklif edir. Haqqımızda daha ətraflı məlumatı www.code.edu.az saytından ala bilərsiniz.

 

 

3D Modelləşdirmə və Vizualizasiya müəllimi

İşin təsviri və öhdəlikləri

  • Tədris iş yükü müqavilədən asılı olaraq həftədə ən azı 1 qrup, ən çox 3 qrupdur;
  • İş saatları namizədin cədvəlinə uyğun olaraq səhər, axşam və / və ya həftəsonu qrupları ilə uyğunlaşdırılır;

 

Tələb olunan bilik və təcrübə

  • Autocad, 3ds Max, V-ray proqramlarını mükəmməl bilmək;
  • 3D modelləşdirmə, interyer dizayn nəzəriyyəsini və təcrübə biliklərini tələbələrə aşılama bacarığı;
  • Code Academy kurrikulumunun tələb və qaydalarına əsasən dərs proqramını hazırlamaq və inkişaf etdirmək;
  • Dərs və lab saatlarında vaxtında iştirak etmək və tədris materialına əsasən işləmək;
  • Tələbələrin suallarına və tapşırıqlarına vaxtında düzgün cavab və rəy bildirmək;
  • Tələbələrin dərsdə iştirak və fəaliyyətinin mütəmadi qiymətləndirilməsini müvafiq sistemə əsasən həyata keçirmək;
  • 3D modelləşdirmə, interyer dizayn sahəsində minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan dilində yazılı və şifahi dil bacarıqları, ingilis dilini bilməsi üstünlükdür;
  • Müəllimliyi və ya öyrətməyi sevməsi və öz üzərində bu sahədə daim yeniliklər etməsi.
  • Əlavə olaraq dərs proqramı hazırlamaq və dərs keçmək sahəsində təcrübəsinin olması arzuolunandır.

 

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər [email protected] ünvanına öz rezümelərini və onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsini) göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq.

 

Son müraciət tarixi 12 apreldir. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.

Apply for this job
Share this job
More jobs from Code Academy