Əczaçı 247 views1 application

Namizədə aid tələblər:

  • Müvafiq sahə üzrə ali və ya peşə ixtisas təhsili olmalı;
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalı;
  • Əczaçılıq işinin əsaslarını, əczaçılıq xidmətinin təşkilini və iqtisadi fəaliyyət prinsiplərini;
  • Əczaçılıq üzrə normativ sənədləri, dərman maddələrinin və tibb təyinatlı məmulatların nomenklaturasını;
  • Həkiməqədər ilk tibbi yardımın göstərilmə qaydalarını;
  • Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısını;
  • Həkim resepti olmadan buraxılan dərman vasitələrinin siyahısını;
  • Dərman vasitələrinin sertifikatlaşdırılması, keyfiyyəti, səmərəliliyi, təhlükəsizliyi və dövlət qeydiyyatı ilə bağlı tələbləri bilməlidir.

  

İş haqqında məlumat:

  • Həkimlərin reseptlərini və müalicə profilaktika müəssisələrinin tələbnamələrini qəbul edir və onlara uyğun olaraq dərmanların və tibb təyinatlı məmulatların buraxılışını təmin edir;
  • Dərmanları hazırlayır və onların keyfiyyətini ən sadə aptekdaxili nəzarət metodları ilə yoxlayır;
  • Malların qəbulunda, onların saxlanılma yerlərinə bölüşdürülməsində iştirak edir;
  • Dərman maddələrinin və tibb təyinatlı məmulatların mövcud qaydalara və onların fiziki-kimyəvi xassələrinə uyğun olaraq saxlanılmasını təmin edir və onların tətbiqi və ev şəraitində saxlanılması barədə əhali arasında sanitariya maarifi işini aparır;
  • Əmək funksiyalarının icrası ilə əlaqədar aidiyyəti istehsalat məsələlərini həll edir;
  • Avadanlıqdan, mexanizasiya vasitələrindən səmərəli istifadə edir;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edir.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Əczaçı”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

 

 

  • This job has expired!
Share this job
Information
  • Address Baku, Azerbaijan
Connect with us