Qısqanc Ofis İşçiləri

Qısqanclıq – qəzəbdən və alçaldılma qorxusundan tutun tərk edilmək qorxusu kimi hislərdən qaynaqlanan qarışıq bir emosiyadır. Həm kişilərdə həm qadınlarda, iki tərəfli əlaqələrə üçüncü şəxslər tərəfindən gələ biləcək təhlükələrin olduğu zaman baş verir. Təhlükə real ya da illuziya ola bilər. Həsəd aparmaqdan fərqli olaraq qısqanc insan qısqandığı insanın yaxşı heç bir şeyə sahib olmasını istəmir. Xronik bir hal alarsa qısqanclıq psixolojik bir xəstəlikdir.

İş yerindəki qısqanclıq şirkət içindəki komanda ruhunu öldürür və şirkətin işə götürən brendinə birbaşa təsir edir. Bu bloq yazımızda qısqanclığı araşdırdıq və bəzi həll yolları ilə tanış olduq. Bu araşdırmamız zamanı qarşımıza çıxan və bir iş yerində baş verən real bir qısqanclıq hadisəsi ilə sizin də tanış olmağınızı və daha sonra isə məşhur “The Secret” kitabının müəllifi olan Kate Nasserin qısqanc insanlara verdiyi birbirindən ağıllı cavablarını oxumağınızı istədik.

Hadisə

“Salam,
Mən bir il əvvəl kiçik miqyaslı bir şirkətdə işə başladım. Bu mənim üçün işdən daha artıq bir şey idi. Digər sektorlarda illərimi xərclədikdən sonra, bu işə yeni məzun kimi başladım desəm səhv olmaz. Və şirkətin müvəffəqiyyəti üçün çalışmağa başladım. Burada mən bəzi iş yoldaşlarımın nifrətinə məruz qalmağa başladım və bu cür davranışı ortadan qaldırmaq üçün açdığım heç bir dialoq nəticə vermədi. Mənimlə əlaqəli hər şey digər müzakirələrə səbəb oldu.
Elə bu vaxtlarda, bir neçə iş yoldaşımız daha böyük şirkətlərdən gələn iş təkliflərini qəbul edib ayrıldılar.
İşə girdikdən qısa bir müddət sonra maaşım artırıldı. Bir il sonra isə vəzifəm yüksəldi və yenə maaşımda artım oldu. Məndən bir neçə gün əvvəl  yüksələn iş yoldaşım mənim yeni vəzifəmi eşidəndə çox əsəbiləşdi və mənimlə danışmamağa başladı..
Yenicə bizə yeni bir işçi qoşulub, o da bu köhnə komandadan mənimlə olan eyni rəftara məruz qalıb.
İndi isə yeni bir lahyihə həyata keçirməyim gözlənilir. İş yoldaşlarımdan (CEO-muzun köhnə sevgilisi daxil olmaqla) gələn çirkinliklərlə məşğul olmalı oluram. Bu layihəni hazırlayarkən, eyni komandada çalışdığımız insanların “dəyişən hallarını” çəkməli oluram. Daha da pisi, var olan qruplaşmaya görə çoxu müzakirələrdən kənarda qalmışam. Bütün işim mərcək altındadır.
Bu yeni lahyihə mənim üçün böyük bir imkandır amma ofis içindəki dinamiklər məni işimi tərk etməyin bir addımlığına gətirib çıxarıb. Bu mənə çox pis təsir edir. Bu dinamiklərin səbəbi nədir öyrənməyi çox istərdim. Bu vəziyyətin başqa şirkətdə baş verməyəcəyindən necə əminolmaq olar?”

Bu və bənzəri qısqanclıqlarla başa çıxmaq üçün Kate Nasserin qısqanc insanlara bir neçə cavabı var.

Cavablar

Kate Nasser  tərəfindən

Qısqanc ofis işçilərinin ətrafında olmaq sizi də narahat edir? Niyə etməsin ki! İş yerindəki qısqanclıqla necə baş etmək olar? Qısqanc iş yoldaşlarınızın kefinizi pozmağına izin verməyin, onların qısqanclığı ilə bu cür hazırcavablılıqla başa çıxın. Bu cavabların məqsədi qısqanclığın sizin davranışlarınız üzərindəki təsirini ən aza endirib komanda ruhunu qoruyub saxlamağınızdır. Diqqət etsəniz görərsiniz ki, bu cavablarda qısqanc ya da qısqanclıq sözlərindən heç istifadə edilmir.

 

  1. “Qıtlıq yoxdur.” The Secret kitabında da keçən bu gözəl ifadə sizi və bəzən də qısqanc iş yoldaşlarınızı əmin edəcək ki, müvəffəq olmaq üçün imkanlar boldur. Bunu səsli desəniz ya da sadəcə düşünsəniz, bu sizin emosiyanızı qoruyacaqdır.
  2. “Bunu çox təcrübə etmişəm. Ümid edirəm ki, birbirimizdən öyrənərik.” Müvəfəqiyyətə aparan yoldan bəhs etsəniz bu digərlərinə sizin hələ də müvəffəq olmaq üçün çalışdığınızı xatırladacaqdır. Bu yolla siz müvəfəqiyyət sirrinizi onlarla paylaşırsınlz və onları da bu cür düşüncəyə dəvət edirsiniz.
  3. “Müvəffəqiyyət hamımız üçündür, sadəcə mənim ya da sənin üçün deyil!” Hamımızın eyni vaxtda müvəffəq olmağı heç də pis olmaz. Problem sən ya da mən deyiləm.
  4. “Xarici görünüş ya da sadəcə danışmaq mükəmməl nəticələr doğurmur. Komanda işi isə doğurur.” Əgər qısqanclıq sizin görünüşünüz ilə əlaqəlidirsə, diqqətinizi komanda işinə yönəldin. Qısqanclığı bitirməyə bilər amma sizə və komanda yoldaşlarınıza xatırladacaqdır ki, komandanın nəticələri onun bütün üzvlərindən asılıdır.
  5. “Sizinlə çalışmaq xoşuma gəlsə də bu mövzuda bir az narahatam.” Nə vaxt ki, bir nəfər sizi tərifləyir sadəcə təşəkkür edirəm demək yetərlidir. Bu cavab ofisdəki qısqanc komanda yoldaşlarınızın sizin ətrafınızda şəxsi məlumat almaq üçün dolanıb durmağını, ya da şüphəli təriflər verməklə sizə qarşı agresiv söz atmalarının qarşısını alır.

Sonda onu demək olar ki, qısqanc insanlar hər zaman qısqanc olacaqlar və bu hal ən çox onların özlərinə zərər verəcəkdir. Siz isə bu cavabları təcrübə edərək öz davranışlarınız və emosiyalarınızı qoruyaraq müvəffəq olma yolunda irəliləyə bilərsiniz. Unutmayın “qıtlıq yoxdur”!

 

İstifadə Edilən Qaynaqlar

https://katenasser.com/smart-answers-to-handle-jealous-office-teammates/

https://www.psychologytoday.com/us/basics/jealousy

https://www.kariyer.net/ik-blog/kiskanc-is-arkadasina-verilebilecek-akilli-cevaplar/

 

Leave your thoughts

Azinka HR&CC

A trusted human resources company of Caucasus in Azerbaijan

Contact

Azinka HR&CC
31/11 A.Guliyev, Baku, 1025, Azerbaijan
info@azinka.az
www.azinka.az
+994 12 488 0583