Back
Elanı paylaş :
Coca Cola
Pits

Azərbaycan
 
Şirkətin digər elanları »
IT Dəstək Üzrə Baş Mühəndis
Maaş : Negotiable
Son möhlət : 30.06.2018
Ölkə : Azərbaycan
Şəhər : Bakı
Sektor : İnformasiya texnologiyaları
İşin tipi : Fulltime
 
hr@pits.az
 
ƏTRAFLI
 

Vəzifə: IT Dəstək Üzrə Baş Mühəndis

Şirkət: PITS MMC

Ölkə: Azərbaycan

Vəzifə və Öhdəlikləri:

· İT Dəstək komandasını idarə etmək

· İT Dəstək üzrə təlimlərin təşkil etmək

· Mövcud dəstək üzvlərinə bilik və təcrübələrin ötürülməsini təmin etmək

· Noutbuk, masaüstü kompüterlər, printerlər və digər şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının quraşdırılması və yüklənməsini və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək.

· İT məsələlər üzrə son istifadəçilərə və biznes əməliyyatlarına mütəmadi dəstək vermək.

· Əsas və kənar şirkət ofislərinə yerində və uzaqdan İT dəstək göstərmək.

· Ehtiyac yarandığı halda baş vermiş hadisə və ya problemlərin xülasələrini tərtib etmək, layihələrin statusu haqqında məlumat vermək

· Şirkətin daxili siyasətinə uyğun olaraq İT üzrə sənədləşmənin digər komanda üzvləri tərəfindən tam şəkildə qavranılıdğından əmin olmaq və cavabdehlik daşımaq.

· Qeyri-standart proqram təminatlarının quraşdırılması zamanı mütəxəssislərə dəstək göstərmək

· Daxil olmuş müştəri sorğularının vaxtında və düzgün həll edilməsini təmin etmək

· LAN/WAN qurğularının quraşdırılması və sazlanmasını təmin etmək

· Şirkətin mövcud siyasəti əsasında avadanlıqların inventarizasiyasını həyata keçirtmək və daim nəzarətdə saxlamaq.

· İstifadəçilərin mobil telefonlarına texniki dəstəyin verilməsini idarə etmək

·

Tələb olunan təcrübə:

Tələb olunan sahə üzrə 3+ təcrübə

Bilik və Bacarıqlar:

§ Masaüstü və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı

§ Windows əməliyyat sistemində işləmə bacarığı

§ Microsoft Office proqramlarından istifadə təcrübəsi

§ Windows Server, Active Directory və Group Policy anlayışından tam xəbərdar olma

§ Ethernet, IP və şəbəkə cihazlarının iş prinsiplər barədə məlumatlı olmaq

§ Problemləri düzgün analiz edə bilmə bacarığı

§ Azərbaycan və İngilis dillərində istifadəçilərlə sərbəst yazılı və şifahi ünsiyyət qura bilmə bacarığı

§ Komanda daxilində işləyə bilmək, işləri koordinasiya edə bilmə və liderlik bacarıqları

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@pits.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Senior Desktop Support Engineer göstərməyiniz xahiş olunur.

 
 
İşə müraciət et >
 
 
 
BƏNZƏR ELANLAR
Yeni vakansiyalar olduğu zaman sizə xəbərdarlıq göndərəcəyik.
Yüklənir