Back
Elanı paylaş :
Coca Cola
Melissa Group

Azərbaycan
 
Şirkətin digər elanları »
Mühasib
Maaş : 700 AZN
Son möhlət : 12.10.2017
Ölkə : Azərbaycan
Şəhər : Bakı
Sektor : İnşaat/Memarlıq
İşin tipi : Fulltime
 
 
ƏTRAFLI
 

"Melissa Group" mühasib vakansiyası elan edir:

 

Vəzifə təlimatları:

· Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi;

· Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əməkhaqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasının təşkili və vergilərin, ödənişlərin, digər vəsaitlərin köçürülməsinin həyata keçirilməsi;

· İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi;

· Təhtəlhesab, balans, avans hesabatının aparılması;

· Rəsmi hesabatların hazırlanması (Statistika, DSMF və s.)

· Hesab və elektron qaimə-fakturaların yazılması;

· Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;

· Aylıq əməkhaqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əməkhaqqlarının və digər ödənişlərinin aparılması;

· Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması;

Vəzifə ilə bağlı tələblər:

· Ali təhsil (mühasibat uçotu, maliyyə);

· Vergi Məcəlləsini bilməli;

· 1C 8.2, BTP proqramları ilə sərbəst işləmək bacarığı;

· Müvafiq sahədə 1 ildən çox iş təcrübəsi;

· Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;

· Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;

· Komandada işləmək bacarığı;

· Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (İngilis və rus dillərini bilənlərə üstünlük verilir).

İş günləri : həftədə 6 gün.

Əməkhaqqı: 700 AZN

CV-lərinizi [email protected]ünvanına "mühasib" başlığı ilə göndərməyiniz və yahttps://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

 

 

 
 
İşə müraciət et >
 
 
 
BƏNZƏR ELANLAR
Yeni vakansiyalar olduğu zaman sizə xəbərdarlıq göndərəcəyik.
Yüklənir